Hurriyyet.org xəbər verir ki, “TUNCER - Gizem Avcısı” adlı “YouTube” kanalının “Hepimizden saklıyorlar. Nikola Tesla haklı idi. Dəccal iş başında” adlı videosunda bəşəriyyətin kütləvi şəkildə düşdüyü depressiyanın səbəbləri göstərilir. Videoda danışılan 440 Hs səs tezliyi – “Şeytanın səs tezliyi” barəsində sizin üçün məlumat topladıq. Videonu və məlumatı diqqətinizə çatdırırıq:
“Ətrafda nə qədər xəstə uşaqlar doğulur! Musiqi bizi hər yerdə əhatə edir: evdə televiziyaların ekranlarında, radioların efirlərində, diskotekalarda, maşınlarda. İnsanların niyə qəzəbli, əsəbi, qıcıqlanan, səbirsiz, aqressiv, xəstə, isterik, boş-boş şeylərdən partlamağa hazır olduqlarını görəndə təəccüblənirik.
Bizim bədənimizin 70%-i sudan ibarətdir.
Əhalinin davranışının bu cür kəskin dəyişməsinin mühüm səbəblərindən biri bizim bədənimizin tezlikləri ilə eyni harmoniyada olan 432 Hs-in (1 Hers - cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir – tərc.) 1953-cü ild standartlaşma üzrə beynəlxalq təşkilatın (ISO) qərarı ilə disharmonik 440 Hs tezliklə dəyişdirilməsidir.
Vibrasiyanın sirləri! 1953-cü ildə musiqi tezliyi 432 Hs-dən 440 Hs-ə dəyişilib!
“Əgər siz kainatın sirlərini açmaq istəyirsinizsə, enerji, tezlik və vibrasiya terminləri ilə düşünün”, - Nikola Tesla.
“Bizim materiya adlandırdığımız əslində enerjidir, onun vibrasiyası o qədər aşağı düşüb ki, bunun sayəsində hissi qavrayışı toxunmaqla hiss edə bilir”, - Albert Eynşteyn.
Tesla dedi, Eynşteyn razılaşdı. Elm də bunu isbat elədi.
Məlum faktdır ki, bizim hamımız, o cümlədən fiziki varlıqlarımız müxtəlif tezliklərdə vibrasiya edən enerjidən ibarətdir. Tezliklər bizə təsir edə bilərmi? Bəli, edə bilər. Tezliklər tezliklərə təsir edirlər; eynilə yeməyin tərkib hissələri bir-birinə qarışaraq xörəyin ümumi dadına təsir elədiyi kimi. Tezliklərin fiziki dünyaya təsiri müxtəlif eksperimentlərin köməyi ilə nümayiş etdirilib. Məsələn, Kimatika və suyun yaddaşı barəsində elm kimi.
Kimatika elmi göstərir ki, səs tezlikləri su, hava, yaxu da qum kimi müəyyən mühitdə qarışdığı zaman onlar bilavasitə materiyanın vibrasiyasını dəyişirlər. Aşağıda hissəciklərin müxtəlif tezliklərdə köklənməsini göstərən fotoşəkillər təsvir edilib.
Suyun yaddaşı da bizim şəxsi niyyətlərimizin hətta maddi dünyanı dəyişdirə biləcəyini də göstərir. Bunu yapon alimi, həkim Masaru Emoto nümayiş etdirib. Onun apardığı araşdırma adi niyyətlərin səs, emosiyalar və fikirlər vasitəsi ilə suyun kristallaşdırılması üsulunu kəskin şəkildə dəyişdirə biləcəyini göstərir.
Bizim hər birimiz müəyyən tezliklərə malikik, həmçinin, bədənlərimizin də 70%-i sudan ibarətdir... Beləliklə, biz musiqi tezliklərinin bizim öz rəqsi vəziyyətlərimizi dəyişdiyini gözləyə bilərik.
Səs, emosiyalar və ya emosiyalar vasitəsilə hər bir ifadə müəyyən tezliyə malikdir və bu tezlik trafındakı hər şeyə təsir edir – bir damla suyun böyük su hövzəsində böyük dalğalanma effekti yarada bildiyi kimi.
Lakin bu konsepsiyadan danışarkən, gəlin diqqətimizi dinlədiyimiz musiqinin tezliyinə yönəldək. 1953-cü ildə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın (ISO) qərarından sonra bütün dünyada musiqinin əksəriyyəti A=440 Hertsə köklənib. Lakin kainatın təbiətinə baxarkən bu addımın təbiətin təbii rezonansı ilə disharmonik olduğu və bəşəri davranış və şüur üçün neqativ nəticələrə gətirə biləcəyi tam mümkün görünür.
Hətta bəzi nəzəriyyələr... güman edirlər ki, faşist rejimi bu addımın atılmasına kömək edib – hansı tezlik diapazonun qorxu və aqressiyanı daha yaxşı müəyyənləşdirmək üçün bu rejim dövründə aparılan elmi tədqiqatlardan sonra standart müəyyənləşdirilib.
Bu tilsimin fakt olub-olmadığını biz, musiqinin A=440 Hers əvəzinə A=432 Hersə kökləndiyi maraqlı tədqiqatlardan və müşahidələrdən öyrənə bilərik.
Kainatın riyaziyyatı
432 Hs riyazi cəhətdən Kainatın quruluşuna uyğundur. Deyilənə görə, 432 Hs Kainatın qızıl ortası olan PHI ədədi ilə vibrasiya edir və işığın, zamanın, məkanın, materiyanın, qravitasiyanın və maqnetizmin xüsusiyyətlərini biologiya, DNT kosu və şüur ilə birləşdirir.
Bizim atomlarımız və DNT-miz təbiətin spiral şəkli ilə rezonansda olanda bizim təbiətlə əlaqə hissimiz artır. 432 rəqəmi həm də Günəş, Yer və Ayın qarşılıqlı nisbətində, həmçinin, gecə-gündüz bərabərliyi presessiyasında, Böyük Misir Piramidasında, Stounhencdə, Şri Yantrada da, bir çox müqəddəs yerlərdə də öz əksini tapır”...
(https://matveychev-oleg.livejournal.com/5039015.html).
Hurriyyet.org