Amerikalı diplomatlar və ekspertlər Qasım Süleymaninin məhv edilməsinin nəticələri barədə

5-01-2020, 09:45   
 

Vaşinqton/04.01.20/Turan: Vaşinqton hesab edir ki,  general Süleymanini məhv edən aviazərbə “gələcək təcavüzün qarşısının alınmasına yönəlib və “vəziyyətin deeskalasiyası üçün şərait yaradacaq”, - ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
“Əgər Pompeo vəziyyətin deeskalasiyası barədə ciddi düşünürsə, o zaman Bakı yenidən vasitəçi rolunu oynaya bilər, ABŞ və Rusiya arasında hərbi əlaqələr zamanı olduğu kimi danışıqlar üçün yer ayıra bilər, bura ABŞ və İranın hərbi qüvvələrinin ayrılması məsələsi də daxil ola bilər”, - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Turan-ın Vaşinqton müxbirinə bildirib.
ABŞ prezidenti Donald Trump dərhal bildirib ki, Qasım Süleymaninin aradan götürülməsi müharibənin qarşısını almağa yönəlmişdi, onu başlamağa yox.
Öz növbəsində milli təhlükəsizlik üzrə müşavir Robert O'Brayen jurnalistlərə deyib ki, əgər Tehran vəziyyətin gərginləşməsiə qərar verərsə, “bu, İran rejimi üçün çox pis seçim olacaq”.
Onun sözlərinə görə, İran nüvə proqramından imtina etməli, müharibəyə və Yaxın Şərqdə terrorizmi dəstəkləməyə son qoymalı, girov götürülməsini dayandırmalı və özünü normal bir ölkə kimi aparmalıdır.
Eyni zamanda Riçard Kozlariç güman edir ki, Trampın qərarı sonadək düşünülməyib.
“Trampın təhrik etdiyi digər hərəkətləri nəzərə alaraq, bu qərarın intuitiv olaraq qəbul edildiyini düşünürəm”, - o deyib.
“Bu hadisə Azərbaycan üçün hansı fəsadlara səbəb ola bilər?” sualının cavabında R.Kozlariç xatırladıb ki, Bakı “İran, ABŞ və İsrail ilə yaxşı münasibətlərdən qürur duyur”.
“Əgər vəziyyət kəskinləşərsə, deyək ki, İran ABŞ və ya İsrail obyektlərinə hücum edərsə, Azərbaycanın neytral qalması çətin olacaq. ABŞ və ya İsrailə dəstək İranın Azərbaycana böyük təzyiq göstərməsinə səbəb olardı. Bu vəziyyətdə nə ABŞ, nə də İsrail Azərbaycanı müdafiə edə bilməyəcəklər.
Məncə, belə şəraitdə Bakı kömək üçün Moskvaya müraciət edəcək və bu qarşıdurmada yenidən Putin qalib olacaq”, - R.Kozlariç deyib.-25B-
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.