Süleymaninin öldürülməsi üçün Trampı Pomeo dilə tutub - Kərkük məsələsindən sonra...

6-01-2020, 19:33   



Süleymaninin öldürülməsi üçün Trampı Pomeo dilə tutub - Kərkük məsələsindən sonra...

Hurriyyet.org xəbər verir ki, Amerikada dərc edilən “Vaşinqton Post” qəzeti qalmaqallı bir iddia ilə çıxış edib.

Nəşrin mənbələrə istinad edərək yazdığına görə, ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeo bir neçə ay müddətində ABŞ prezidenti Donald Trampı İran generalı Qasım Süleymanini aradan qaldırmaq üçün dilə tutub.

“Vaşinqton Post” yazır ki, Amerika lideri uzun müddət bu əməliyyatı aparmağa razı olmayıb. Hərbçilər də belə bir addıma qarşı olublar: İrana qarşı sanksiya kampaniyası Tehranla münasibətlərdə gərginliyin artmasına səbəb olub, bu isə Yaxın Şərqdə hərbi resursların  getdikcə daha da artmasını tələb edir.

Lakin dekabrın 27-də İraqda Kərkük şəhərinin yaxınlığındakı hərbi bazadanın atəşə tutulması nəticəsində ABŞ-dan olan mülki əməkdaşın ölümündən sonra vəziyyət dəyişib.

Dekabrın 29-da ABŞ-ın xarici işlər naziri Pompeo, müdafiə naziri Mark Esper və ABŞ HQ-nin baş qərargah rəisi Mark Millinin prezident Donald Trampla görüşüblər. Qəzet yazır ki, müzakirələr nəticəsində Tramp cavab tədbiri olaraq, Süleymaninin qətlə yetirilməsinə razılıq verib.

Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.