Tovuzda iki aydır itkin düşmüş 10 yaşlı qızı hansı manyak öldürdü...

7-01-2020, 10:53   
 

Ötən il noyabrın 20-də Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapılıb.  Xəbərlərə görə 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti ötən gün yanvarın 6-da axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb. Hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur. 

Baş prokurorluğun bu dəhşətli cinayətlə bağlı yaydığı rəsmi məlumatda deyilir ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə “kifayət qədər əsaslar müəyyən edildiyindən”  Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində azyaşlının yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar. Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sosial şəbəkələrdə hadisə ilə bağlı azyaşlı qızın əmisi və əmisi oğlanlarının saxlanılması ilə bağlı məlumatlar yayılıb. Lakin Dondar Quşçu bələdiyyəsindən virtualaz.org-a hadisə ilə bağlı yaxın qohumlarının saxlanılmadığını, yanlış məlumatlar yayıldığını deyiblər: “Dünən bütün kənd hadisə yerində idi. Saxlanılan olsaydı kənddə xəbər yayılardı”, -bələdiyyənin adının açıqlanmasını istəməyən əməkdaşı söyləyib.

Kənd sakinləri isə deyiblər ki, mərhumun ailəsinin maddi imkanları yaxşı olmayıb: “Atası Şərif Quliyev fəhləliklə iki qız övladı böyüdürdü, kasıb, heç kimlə ədavəti olmayan ailədir. Nərminin özündən böyük bacısı qaldı. Bütün kənd qızın axtarışlarına qoşulmuşdu”, -sakinlərdən biri danışıb. Bildirib ki, Nərmin itkin düşən gün atası ilə toya gedib. “Şərifgil 4-5 qardaşdılar, hər birinin ayrıca evi var. Noyanbrın 21-də qardaşının uşağının toyunda olublar, atası gödəkçəsinin götürməsi üçün Nərmini əmisigilə göndərib. Qız onlardan çıxandan sonra itkin düşüb”.

Ü.Xudiyeva

Virtualaz.org


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.