10 yaşlı Nərminin dəhşətli ölümü ilə bağlı ŞOK FAKTLAR - VİDEO

7-01-2020, 12:38   


Tovuz rayonunun Dondar Quşçu kəndində 21 noyabr tarixində itkin düşdüş 10 yaşlı Nərmin Şərif qızı Quliyeva ilə bağlı yeni detallar məlum olub.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, bazar ertəsi axşamı qızın cansız bədəni düz onun evinin qarşısına atılıb. Hüquq mühafizə orqanlarından bildirilib ki, cinayətkarlar 10 yaşlı qızı yandırıblar.

Alovu qonşular görüb. Dərhal yanğını söndürüblər və qonşular öldürülmüş Nərmini tanıyıblar. Bu haqda onun valideynlərinə və polisə bildiriblər.

Hələlik qətllə bağlı heç kim saxlanılmayıb. İlkin olaraq qızın öldürülməsi ilə bağlı bəzi qohumlarından şübhələniblər.

Qızın meyitinin qalıqları tibbi ekspertiza edilməsi üçün xəstəxanaya göndərilib.

İlkin versiyaya görə, qatil qurbanı alçaldıb.

Bundan öncə güman edilirdi ki, qız yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Fakt üzrə araşdırma aparılır.

[media=//www.youtube.com/watch?v=VOuAGiXA-bQ]


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.