“ƏLİ HƏSƏNOVDAN TAPŞIRIQLAR ALIRDIM!” – ADP sədrindən ŞOK etiraflar

7-01-2020, 13:02   


“Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü”. 

“AzPolitika.info”-nun məlumatına görə, bu sensasiyalı açıqlama ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu çıxış edib. O, “Hurriyet.org” saytına bu barədə danışıb.

S.Cəlaloğlu uzun illər bu fəaliyyətin gizlin saxlanılmasının səbəbini də açıqlayıb: "Bir partiya funksioneri kimi Əli Həsənov müvafiq tapşırıq və tövsiyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir".



Partiya sədri bu məsələləri çoxdan açıqlamaq istədiyini vurğulayıb. Sərdar Cəlaloğlu əlavə edib: "Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.