“New York Times” İran tərəfindən vurulan Ukaryna təyyarəsi barədə yeni məlumatlar yayımlayıb.
Turkustan.info “New York Times”a istinadla xəbər verir ki, mütəxəssislər Ukrayna təyyarəsinin vurulma görüntüləri, uçuş məlumatları və digər informasiyaları təhlil ediblər. Verilən məlumatlarda bildirilir ki, yanvar ayının 8-də gecə saat 01:20-də İran Qasım Süleymaninin öldürülməsinə qarşılıq olaraq ABŞ-ın İraqda yerləşən hərbi hissələrini vurur. Bundan cəmi 4 saat sonra səhər 06:12-də 752 saylı uçuşla Ukraynadan təyyarə yola düşür. Təyyarə öz marşrutu ilə hərəkət edərək təxminən 8 min fut yüksəkliyə qalxır. ABŞ-lı mütəxəssislər bildirir ki, bu ana qədər hər şey yolunda gedir. Saat 06:15-də təyyarə radarlardan itir. Ancaq bu vaxt ərazində təyyarəyə hələlik heç bir raket atılmayıb. Bundan 30 saniyə sonra təyyarə vurulur. “Boing-737-800″ün 30 saniyə ərzində radarlardan nə üçün itdiyi hələlik müəmmalı olaraq qalır. Təyyarə vurulduqdan sonra bir neçə dəqiqə alovlar içində uçmağa davam edir. 06:19-da isə İran tərəfindən vurulan təyyarə yerə çırpılır. Təyyarənin parçaları 1500 metrdən çox məsafədə ətrafa yayılır, quyruğu və təkərləri 500 metr uzaqlıqdan tapılır.