İlkinin Nərmini nə üçün qaçırdığı açıqlandı - ŞOK FAKTLAR

13-01-2020, 14:49   
 

Nərminin yandırılarkən videoya çəkilməsi barədə bizdə məlumat yoxdur.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın yandırılan zaman videoya çəkilməsi barədə danışan əmisi Lətif Quliyev deyib.
O bildirib ki, İlkin Süleymanova kimlərin kömək etməsi və Nərminə təcavüz edilib-edilməməsi barədə dəqiq məlumat hüquq mühafizə orqanları tərəfindən yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
L.Quliyev İlkin Süleymanovun kənddə kimləsə ədavətdə olması və ya bundan əvvəl hansısa qadına və yaxud kiməsə əxlaqsız hərəkət etməsi barədə heç vaxt eşitmədiklərini qeyd edib.
Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva isə saytımıza açıqlamasında bildirib ki, İlkin Süleymanov Nərmini guya oxutmaq məqsədi ilə qaçırdığını deyib:
“Özü ifadəsində deyib ki, Nərmini oxutmaq üçün qaçırıb. 4 gün yemək verib. Sonra sözünə baxmadığı üçün başına daşla vurub. Nərminin qətlində əli olan digər şəxslər barədə hələlik araşdırma aparılır”.
Qeyd edək ki, mətbuatda Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyevanın yandırılan zaman videoya çəkilməsi barədə məlumat yayılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.