Poroşenko: “Öldürülən hər Ukrayna əsgərinə görə onlarla, yüzlərlə terrorçu məhv ediləcək”

11-07-2014, 20:18   
Poroşenko: “Öldürülən hər Ukrayna əsgərinə görə onlarla, yüzlərlə terrorçu məhv ediləcək”“Dövlət öz qəhrəmanlarına ehtiramla yanaşır və öz həyatını qurban verən hər qəhrəmanı hörmətlə xatırlayır”.
Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqində yaranmış son durum və terrorçuların “Qrad” atəşləri nəticəsində çoxlu sayda Ukrayna əsgərinin həlak olması ilə əlaqədar güc strukturlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P. Poroşenko bildirib ki, Ukrayna hərbçilərinə qarşı “Qrad” qurğularından istifadə edən bütün terrorçuları aşkarlanaraq məhv ediləcək: “Bizim hər əsgərimizin həyatı üçün quldurlar onlarla, yüzlərlə öz həyatları bahasına cavab verəcəklər. Bir terrorçu belə məsuliyyətdən qaça bilməyəcək və layiqli cəzasını alacaq”.
P. Poroşenko hazırda ölkə sərhədlərini, Donetsk, Luqansk hava limanlarını və atəş altında olan digər şəhərləri hər saniyə həyatını riskə ataraq müdafiə edən əsgərləri qəhrəman adlandırıb: “Dövlət öz qəhrəmanlarına ehtiramla yanaşır və öz həyatını qurban verən hər qəhrəmanı hörmətlə xatırlayır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar