DTİ: Seçki kampaniyasında pozuntular seçkilərin demokratikliyini şübhə altına alır

23-01-2020, 10:17   
 

 Demokratik Təşəbbüslər İnstitutu (DTİ) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.
Sənəddə seçkilərə hazırlıq, namizədlərin irəli sürülməsi və qeydiyyata alınması, şikayətlərə baxılması prosesi qiymətləndirilir.
Araşdırma 12 nəfərlik uzunmüddətli müşahidəçilərin apardığı monitorinqlər və seçkidə iştirak edən müxtəlif tərəflərlərdən toplanmış məlumatlar əsasında hazırlanıb.
Ölkədə siyasi kontekst dəyişməyib. Yenə də seçki bir siyasi qüvvənin mütləq üstünlük təşkil etdiyi  və hakim partiya ilə әsas müxalifәt partiyaları arasında dialoqun yoxluğu ilə sәciyyәlәnәn siyasi mühitdә cәrәyan edir.
2010 və 2015-ci il parlament seçkilərilə müqayisədə hazırkı seçkilərdə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində qanun pozuntuları sayca daha az olub.
Pozuntular əsasən müxalf siyasi partiyalar və təşkilatlar, həmçinin müstəqil formada namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib.  
125 seçki dairəsindən 74-də müxtəlif pozuntular qeydə alınıb.
Seçkiöncəsi media mühitinə dair qiymətləndirmədə müsbətə doğru dəyişiklik olmayıb. Həmçinin seçki təşviqatına hazırlıq prosesi iştirak edən tərəflərə münasibətdə bərabər, rəqabətli və əlverişli təşviqat mühitinin yaradılacağının əksinə olaraq ciddi məhdudlaşdırmadan xəbər verir.
MSK-ya daxil olan 37 şikayətdən 24 -ü əsassız olması adı ilə təmin edilməyib.
MSK-nın “115 qaynar xətti” seçki zamanı baş verən pozuntu halları ilə bağlı dərhal məlumat vermək və aradan qaldırmaq üçün effektiv olmayıb.
Namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə baş verən qanun pozuntuları, təşviqata hazırlığın göstəriciləri 9 fevral 2020-ci il parlament seçkilərinin azad, ədalətli və demokratik keçiriləcəyinə şübhələr yaradır.
DTİ yerli və beynəlxalq təşkilatların çağırışlarını nəzərə almağı və qarşılıqlı etimad mühiti yaratmağı, bütün siyasi məhbusları və vicdan məhbuslarını azad etməyi vacib sayır.
Seçki huququnu pozan bütün şəxslər, xüsusən də bu işlərdə iştirak etmiş dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır.
Seçkilərin növbəti mərhələlərində seçki subyektlərinə sərbəst və azad  seçki mühiti yaradılmalı, sərbəst toplaşma, söz və mətbuat azadlığı təmin olunmalı, habelə seçki prosesinə kənar müdaxilələrin qarşısı alınmalıdır.
*Demokratik Təşəbbüslər İnstitutu QHT  2013-cü il noyabrın 5-də də bir qrup hüquqşünas və ictimai fəal tərəfindən təsis edilib. Məqsəd  Azərbaycanda açıq cəmiyyətin formalaşmasına yardım göstərməkdir. DTİ-yə Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov rəhbərlik edir.06D-
Turan:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.