DAVOSDA GÖRÜŞ:İranın oduna yana biləcək İraq qığılcımı söndürməyə çalışır

23-01-2020, 22:33   
 
 
İraq prezidenti Bərham Salih Davosda ABŞ prezidenti Donald Trampla çox yaxşı və səmimi söhbət etdiyini söyləyib. Salih dəfələrlə təmkinli olmağa çağırdığını və bölgənin daha bir qarşıdurma istəmədiyini vurğulayıb. Onun şərhləri, xüsusilə Tramp administrasiyasının İrana qarşı “maksimum təzyiq” kampaniyası dövründə artan ABŞ-İran eskalasiyasına və ABŞ-ın Bağdad hava limanında PUA ilə İran generalı Qasim Süleymanini öldürülməsində yönəlib.
Mənşəcə kürd olan prezident İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı çıxışından sonra jurnalist Fərid Zakariya ilə söhbətində deyib: “Bu, təhlükəli bir məqamdır. Yaxın Şərqin başqa bir münaqişəyə ehtiyacı yoxdur. Prezident Trampla çox yaxşı söhbət etdik. Əsasən təmkinli, sakitləşdirici şeylər lazım idi. Başqa bir münaqişə üçün münasib vaxt deyil. Bölgədəki bir çox aktyorla söhbətlərimdə demək olar ki, hamı deyir: “Nəzarət ipi əldən çıxır. Xahiş edirik, ehtiraslarınızı soyudun. Təmkinli olun”.
Salihin sözlərinə görə, 40 illik qarşıdurmadan çıxan və ABŞ-la birlikdə qondarma İŞİD-ə qarşı həyata keçirdiyi kampaniyadan sonra İraq məşğulluq, təhsil, infrastruktur və yaxşı idarəetmə mövzularına diqqət ayırmalı və ölkədəki qaynaqları boşuna israf etməməlidir. “Gənclər iş tələb edir. İslahatlar keçirməliyik. İŞİD-in məhv etdiyi əraziləri bərpa etməliyik. Bu prioritetlərdir. Bu gün 12 min yeni məktəb binası tikməliyik. Beləliklə, dünyanın bu hissəsinin başqa bir qarşıdurmaya ehtiyacı yoxdur. Keçən onilliklərdəki müharibə və qarşıdurmaya baxdıqda, nə əldə edildi? Yalnız təbii ehtiyatları israf etmə, daha çox insanın evsiz-eşiksizliyi və ekstremizmə daha çox can atma…”
Forumda Salihlə görüşən Tramp İraq parlamentinin xarici qüvvələrin İraqdan ayrılmasını tələbi davam edərsə, İraqı sanksiya ilə cəzalandırmaqla bağlı əvvəlki təhdidlərini azaltmış kimi görünüb. Lakin Tramp ABŞ ordusunun İraqdakı siyasi dinamikaya həssaslığı səbəbindən azaldılmasına və ya çıxarılmasına dair heç bir işarə verməyib.
“Etdiklərimizi bəyənirlər və biz də onları sevirik, çox yaxşı münasibətlərimiz var”, – deyə Tramp görüşdən sonra jurnalistlərə bildirib. O, İraqdakı ABŞ qüvvələrinin sayına toxunaraq, “Sayı 5 minə düşmüşük. Beləliklə, biz çox aşağı səviyyədəyik – tarixən aşağı. Nə olacağını görəcəyik”, – deyib.
Tramp ABŞ-ın İraqa qarşı sanksiyalarına dair deyib: “Nə edəcəyimizi gələcək göstərəcək, çünki şərtlərə uyğun hərəkət etmək məcburiyyətindəyik”.
Salih İraqın suverenliyi və müstəqilliyini vurğulayaraq, ABŞ-İraq ümumi maraqlarına toxunub. “Ümumi maraqlarımız çoxdur: ekstremizmə qarşı mübarizə, qonşu ölkələrdə sabitlik… sabit və suveren İraq, dost qonşular və ABŞ-ın dostları”.
Tramp ABŞ-ın İraq neft biznesinə marağını ifadə edib. “Həm də biz onlarla birlikdə neft işlərində iştirak edirik və bu, hər zaman nöqteyi-nəzərimizdə çox vacibdir”.
Atlantik Şurasında “İraq Təşəbbüsü”nün direktoru Abbas Kazim deyib ki, Tramp administrasiyası İraqdakı ABŞ qüvvələrinin çıxarılmasını İranın qələbəsi kimi görür.
“Hər iki tərəf (ABŞ və İran) sıfır mənfəətli bir oyun oynayır. ABŞ-ın mövcudluğuna qarşı çıxanlar qoşunları çıxarılmasını istəyirlər. Müzakirələrin ortasında olanlar İŞİD-lə mübarizə aparmaq üçün oradakı qoşunların qismən çıxarılmasını qəbul etməyə hazırdırlar, ancaq onları iraqlılara təlim keçmək üçün saxlayırlar. İraq ABŞ-dan çoxlu silah-sursat alıb. Bu silahlardan istifadə üçün təlimçilər lazımdır. İraq hökuməti ABŞ qoşunlarını çıxarmaq istəmir. Onlar təhlükəsizlik baxımından deyil, İraq qüvvələri üçün potensialın artırılması faydalarının olduğunu başa düşürlər. Hökumətin ABŞ infrastrukturuna ehtiyacı var.
Amma küçədəki silahlı qruplar ubatından parlament ABŞ qoşunlarının çıxarılması üçün yekdilliklə qərar verib. İraq baş naziri Adil Əbdülmehdi qorxu içindədir, o, qətliamın baş verməsini istəmir. Böyük nəticələr ola bilər”.
Kazim əlavə edib: “ABŞ-ın bölgədən gedişi İranın qələbəsi olardı”.
İraq təhlilçisi Nibras Kazimi Tramp administrasiyasının dövlət katibi Mayk Pompeonun təsiri altında formalaşan siyasətin getdikcə İrana daha çox təzyiq göstərməyə yönəldiyini söyləyib. “Pompeo İraqı və Livanı maksimum təzyiq üçün tezalışan yanacaq olaraq odlayacaq. Çünki Tehrandakı rejimin süqutunu labüd sayır”.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.