Gərgin seçki rəqabətinin yaşandığı 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu ilə bağlı qalmaqallı məlumat yayılıb.

AzToday.az xəbər verir ki, “Youtube” üzərindən fəaliyyət göstərən “Bumerang Media” kanalında yayılmış videoda Rauf Arifoğlunun təbliğat görüşünə gələn sakinlərə pul payladığı bildirilir. Namizədin bu addımına iztehzalı münasibət göstərilir.

Həmin videonu təqdim edirik:


Araşdırmalar zamanı məlum oldu ki, sözügedən videoda Rauf Arifoğlunun görüşlərinə görə pul aldığını deyən şəxsi danışdıran adam həmin dairədən deputatlığa namizəd Dadaşov Səlim Nadir oğludur. Bir qədər əvvəl mediaya verdiyi açıqlamada da Səlim Dadaşov Rauf Arifoğlunu sərt tənqid etmişdi:

“30 ildir 50 qəpik müqabilində qəzet satıb, bu boyda “imkanlara” malik olan adam haqqında mən heç nə deyə bilmərəm. 30 ildir qəzeti olan bir şəxsin bir dəfə də olsun bizim ərazidə yaşayanların problemlərini işıqlandırmaması və indi isə seçkidir deyə, bu ərazidən namizəddir deyə həmin vətəndaşları qəfildən yada salması, onların problemlərinin olduğunu xatırlaması haqqında yalnız bir sözü deyə bilərəm: bu xalq, bu millət çörəyi qulağına yemir!”   

 https://www.aztoday.az/news/65821.html?fbclid=IwAR1iyfNU7DVvzunffujFkdjRW4bs2PC6Cl545eqDfuh7-DgAfiLAZ5PKpbw