Mehriban Əliyeva Kannda moda nümayişini izləyib

13-07-2014, 14:36   
Mehriban Əliyeva Kannda moda nümayişini izləyibİyulun 12-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr olunmuş "Ənənədən gələcəyə Azərbaycan cazibəsi" adlı moda nümayişi keçirlib. AzərTAc-ın verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

"Ənənədən gələcəyə Azərbaycan cazibəsi" layihəsinin Kann şəhərində təqdimatı layihənin fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb.

Sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində görkəmli italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib.

Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsi milli musiqimizin müşayiəti ilə nümayiş etdirilib. Kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Kolleksiyada od və nar elementlərindən də istifadə edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar