Avropa Şurasında Azərbaycan hökumətinə qarşı sanksiyalara çağırış - “Azərbaycan höküməti korrupsiyanı durdurmalı və..."

28-01-2020, 10:18   
 



Strasburq/27.01.20/Turan: Yanvarın 27-də Strasburqda “Avropa Şurasında böhran: Azərbaycanda əbədi siyasi məhbuslar məsələsi” mövzusunda müzakirələr aparılıb. Tədbiri Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutu (RATİ) təşkil edib.  
Müzakirələr zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyətdən yaxşı məlumatı  olan bir qrup ekspert siyasi məhbus və vicdan məhbusları məsələsinə toxunub, - Turan-ın xüsusi müxbiri Strasburqdan məlumat verib.
RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib ki, Azərbaycanda siyasi məhbuslar  problemi 1990-cı illərdən davam edir.
“Yeni -yeni insanlar həbs cəzasına məruz qalır və bu dəhşətli proses davam edir”, - E.Hüseynov vurğulayıb.
O, AŞPA-nın siyasi məhbuslarla bağlı islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hazırladığı Azərbaycanda siyasi məhbuslara dair hesabatın əsasında qətnaməni  qəbul etməsini vacib sayıb. 
AŞPA-da bu məsələnin müzakirəsi yanvarın 30 -da olacaq.
M.Hüseynov AŞPA və digər AŞ institularını  fəaliyyət planı hazırlamağa, təşkilat qarşısında    beynəlxalq öhdəliklərə əməl etməyən Azərbaycana qarşı  sanksiya tətbiq etməyə çağırıb.
“Azərbaycan höküməti   korrupsiyanı durdurmalı və  siyasi məhbusları  azadlığa buraxmalıdır”, - M.Hüseynov bildirib.
Tədbirdə  çıxış edən AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Evarsdottir “İlqar Məmmədovun işi”nə xüsusi diqqət yönəldib. O deyib ki,  Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İ.Məmmədovla bağlı qərarları  tam icra olunmayıb.
O qeyd edib ki,  hesabatda  kəskin tənqidi fikirlər var  və bu fikirləri rədd etmək yox, həmin sualları cavablandırmaq lazımdır.
REAL Partiyasının lideri  İlqar Məmmədov   öz çıxışında qeyd edib ki, Azərbaycanın AİHM-in qərarlarını və təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməməsi  Avropa Şurasında böhran yaradıb.
O qeyd edib ki, Azərbaycan höküməti  vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır.
“Əgər  üzv ölkə  Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirmirsə  bu, həmin ölkənin üzvlüyünün dondurulmasına  gətirib çıxarmalıdır.
 
 
“Biz təkcə  Avropa Şurasının bürokratiyası ilə yox, digər  aparacı üzv ölkələr ilə işləməliyik,   onlara izah etməliyik ki, Avropa Konvensiyası qiymətlidir və ona qarşı hörmətsizlik  Avropa Şurasının özünün  mövcudluğunu şübhə altına alır”, - İ.Məmmədov deyib. 
Avropa Şurası yanında Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının prezidenti Anna Rurka   Azərbaycanda  hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı tətbiq edilən qadağalardan danışıb. 
Əsasən o, araşdırmaçı-  jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağa olduğunu vurğulayıb.
A.Rurkanın fikrincə, hökümət bütün  hüquq müdafiəçilərinə xaricə getmək üçün bərabər imkanlar  yaratmalıdır.
Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin keçmiş rəhbəri  Arif Məmmədov Azərbaycanda işgəncə faktlarından danışıb.
O, əsasən   2019-cu il 19 oktyabr mitinqindən sonra Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli,  Milli Şuranın  üzvü  İbrahim İbrahimli, Müsavat Partiyasının fəalı   Tofiq Yaqublunun amansız davranış və işgəncələrə məruz qaldıqlarını bildirib.
Fransalı deputat, AŞPA-da ALDE qrupunun üzvü Jak Mer bildirib ki, siyasi məhbuslar problemi assambleya üçün  prioritetdir. O deyib ki, Azərbaycanda  6 jurnalist  hələ də həbsdədir.
Müzakirə iştirakçıları AŞPA-nı Evarsdottirin hesabatı əsasında hazırlanmış qətmanəni qəbul etməyə çağırıblar. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.