Vidadi İsayev bərdəlilərin səsini saymır? – “Onlar kimdir ki, kimisə seçsin!” Bərdənin icra başçısı Vidadi İsayev növbədənkənar parlament seçkilərinə müdaxilə edir. ANAXEBER.info xəbər verir ki, icra başçısı açıq şəkildə bildirir ki, artıq Bərdənin deputatları məlumdur. Bunlar 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Zahid Oruc və 93 saylı Bərdə şəhər seçki dariəsindən namizəd Fatma Yıldırımdır. Vidadi İsayev xüsusilə Fatma Yıldırımın seçki kampaniyasına diqqət yetirir. Hətta iddia olunur ki, icra başçısı “Bərdəlilər kimdir ki, kimisə seçsin. Yuxarıdan deyiblər Fatma Yıldırım olacaq, bitdi” deyərək Fatma Yıldırımın mandatının bəribaşdan təmin olunduğunu bildirib. İddialara görə, icra başçısı Fatma Yıldırımın kampaniyasına xüsusi diqqət yetirməsini isə belə izah edib. “Bilirsiniz də o əvvəl harada çalışıb, orada çalışanlar da mütləq seçilməlidir”.Fatma Yıldırım Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur, fəlsəfə doktodorudur. O, müxtəlif özəl şirkətlərdə insan resursları üzrə şöbə müdiri, 2012-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə “Mənzil İnşaatı Dövlət Agentliyi”ndə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir. Bundan əlavə, 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini vəzifəsində çalışıb. Həmçinin, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Hazırda YAP Nəsimi rayon təşkilatının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavinidir.
AnaXEBER.info