Şimali Koreyada dünyanı heyrətləndirən hadisə baş verib.
Qol.az xəbər verir ki, bütün diqqətlər Almaniya və Argentina arasında DÇ-2014-ün final oyununa yönəldiyi vaxtda Şimali Koreya KİV-ləri... yalan xəbərlər yayaraq komandalarının dünya çempionatında iştirak etdiyini və parlaq qələbə qazandığını yazıb.
Halbuki Cənubi Koreyadan fərqli olaraq, Şimali Koreya son dəfə dünya çempionatının final mərhələsində 2014-ü ildə deyil, 2010-cu ildə iştirak edib və bütün oyunlarda məğlub olub.
Diktatura rejimi altında yaşayan və internetə çıxış imkanı qadağan edilən ölkədə bir telekanal belə bir xəbər yayıb ki, komandaları Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsində bütün oyunlarda qalib gəlib.
Guya Şimali Koreya millisi qrupda Yaponiyanı 7:0, ABŞ-ı 4:0, Çinə isə 2:0 hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb. Şimali Koreya KİV-lərı insanları inandırmağa çalışırlar ki, DÇ-2014-ün finalında komandaları Portuqaliya ilə qarşılaşacaq.
Şimali Koreya millisinin “tarixi uğuru” ilə bağlı reportajda komandanın cari mundialda “vurduğu” qolların bəziləri nümayiş etdirilir, ölkənin gənc lideri Kim Çen Inın Braziliyadakı oyunları izlədiyinə dair uydurma xəbər verilib