Bakıda buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlanıb

6-02-2020, 13:15   


"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış sinifləri üzrə Şagird-Məzun sisteminə fərdi təhsili haqqında məlumatları daxil edilmiş 50 074 nəfərin (Onlardan 30 463 nəfər IX siniflər üzrə, 19 611 nəfəri XI siniflər üzrə) buraxılış imtahanlarında iştirak etməsi nəzərdə tutulub".

Bu barədə İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 2019-2020-ci tədris ili üçün BŞTİ-nin tabeliyindəki məktəblər üzrə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən 120 nəfər buraxılış imtahanlarından azad olunub.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi 1, 9 və 15 mart, II mərhələsi isə 7, 14 və 21 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə 5, 12 və 19 aprel tarixlərində keçiriləcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.