Məhkəmə "Bakımetropoliteni" QSC-nin xeyirinə qərar çıxardı

6-02-2020, 16:04   


Məhkəmə "Bakımetropoliteni" QSC-nin xeyirinə qərar çıxardı ərar


Sabunçu rayon Məhkəməsində "Bakı Metropoliteni" QSC-nin "pressinfo.az" və "araz.az" saytları qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, prosesdə qərar qəbul olunub.

Məhkəmənin qərərı ilə “Bakı Metropoliteni” QSC barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığı üçün pressinfo.az saytının baş redaktoru Əhmədova Nüşabə Bəyoğlan qızı və "Araz.az" saytının təsisçisi və baş redaktoru Mustafayev Hüseyn Əziz oğlu yazılı şəkildə rəhbərlik etdikləri sayt vasitəsilə qurumdan üzr istəməli və saytlarda yerləşdirilən bütün materialları “Təkzib” başlığı altında yerləşdirməlidir.


Məhkəmənin qərarı ilə Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu və Mustafayev Hüseyn Əziz oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq "Bakı Metropoliteni" QSC-nin xeyrinə ödənilməsi qət edilib.

Xatırladaq ki, adıçəkilən saytlar "Bakı Metropoliteni" QSC barəsində məlumatlar yayyıb. Materialları həqiqətəuyğun hesab etməyən QSC rəhbərliyi adıçəkilən saytlar və onların rəhbərləri barədə məhkəməyə müraciət etmişdi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.