“Koronavirus” və uyğur problemi:ÇİNDƏKİ HƏBS DÜŞƏRGƏLƏRİ EPİDEMİYANIN YAYILMASINA ÇOX HƏSSASDIR

6-02-2020, 16:06   

Maykl Rubin

“National Interest”, 05.02.2020

 

Pekindəki Çin səlahiyyətlilərinin, nəhayət, “Koronavirus”un mövcudluğunu etiraf etməsi ilə yanaşı, milyonlarla çinli Uhan və yaxınlıqdakı digər şəhərlərdə ciddi karantin altında yaşamağa davam edir.

Çinin ictimai səhiyyə tədbirləri, həmişəki kimi, çox zəif və çox gecikmiş idi, insanların həyatını xilas edə bilmənin və virusun dünya miqyasında yayılmasını əngəlləyən erkən müdaxilələrin qarşısını alıb.

Fevralın 3-də Dünya Səhiyyə Təşkilatı (DST), nəhayət, “Koronavirus” epidemiyasını “ictimai sağlamlıq üçün beynəlxalq narahatlığın fövqəladə vəziyyəti” elan edib.

Düzdür, “Koronavirus”la bağlı yayılan xəbərlərin çoxunda onun təsiri şişirdilib. 2019-20-ci illərdəki qrip infeksiyası daha ölümcül olub və “Koronavirus”dan daha çox yoluxucu ola bilər. Bununla belə, Çindəki qeyri-sanitariya şəraiti və ümumən zəif səhiyyə infrastrukturu bir neçə yüz insanın ölümünü doğurub; xəstəlik irəliləməyə davam edir və bir çox çinli xəstəxanalara üz tutmadığından daha çox ölüm halı qaçılmaz olub.

Çin uzun illərdir epidemiya ilə siyasət oynayır. SARS epidemiyası zamanı, məsələn, Pekin Tayvandan gələn məlumatları gizlədib və DST-nin Tayvanda təsirli təpkisinə mane olub. Pekin imperialist “Vahid Çin” siyasətində xal toplamaq üçün qlobal sağlamlığı təhlükə altına alıb.

Tayvan “Koronavirus”a kommunist Çindən daha təsirli təpki verib, lakin DST Çin və Tayvanı fərqləndirməkdən imtina etdiyindən, virusun yayılmasını yavaşlatmaq üçün adada beynəlxalq aviadaşımalara qadağa qoyulub.

Çin avtoritar nəzarəti gücləndirmək və genişləndirmək üçün beynəlxalq təşkilatlarla “hardball” oynamağa hazırdırsa, bəlkə də Tramp administrasiyasının eyni tərzdə, yalnız əks məqsəd üçün hərəkət etməsi zamanı gəlib çatıb.

Çin hakimiyyəti, Sincan bölgəsində, soyqırım sayılmasa da, geniş miqyaslı etnik təmizləmə aparır. O, 1 milyondan çox uyğuru həbsə və düşərgələrdən kənarda qalanları isə han çinliləri evlərində məskunlaşdırmağa məcbur edib. “Yeni ilə üzvləri”nə həbsdə olan uyğurların arvadları ilə eyni yataqda yatmaya da icazə verilib.

Pekin beynəlxalq birlik və jurnalistləri düşərgələrdən uzaq tutmağa çalışsa da, ABŞ, digər Qərb və demokratik ölkələr DST-yə təzyiq göstərməlidir. Axı, hər düşərgədə yüz minlərlə məhkum var ki, qeyri-kafi qidalanma və sanitariya şəraitinə məruz qalır.

Beləliklə, bu düşərgələr epidemiyanın yayılmasına çox həssas ola bilər. Əlbəttə, Çin hakimiyyəti düşərgələrin sadəcə yenidən tərbiyələndirmə və peşə mərkəzləri olduğunu söyləyir. Əgər belədirsə, yeni fövqəladə vəziyyət çərçivəsi bu düşərgələrin yoxlanılmasına zəmanət verir.

Pandemiya şəraitində DST-nin səlahiyyəti şərhə açıqdır. Öz nəşrlərinə görə, onun səlahiyyətinə “sağlamlıq vəziyyətinin izlənməsi və sağlamlıq meyllərinin qiymətləndirilməsi” də daxildir. Bu, uyğur düşərgələrini təftiş etmək üçün beynəlxalq tələblərin əsasını təşkil edə və bəlkə də Çin bunu etmədiyi təqdirdə, rəsmi Pekinə və müəssisələri sanksiyaya məruz qala bilər.

ABŞ hərbi və iqtisadi gücə, habelə ideologiyaya bağlı olan Çinlə böyük güc mübarizəsi aparır. Çinin “Koronavirus”a qarşı ləng təpkisi bölgədə Çin əleyhinə əhval-ruhiyyəni artırıb. Çin diplomatları həqiqətən, Filippin, İndoneziya və Vyetnamdakı bəzi ritorikaların irqçi olduğunu pisləyə bilər, lakin Çinin azadlıq çatışmazlığı çəkindirməyə əsas verir və bu məqamları qeyd etmək hər fürsətdə ABŞ-ın siyasəti olmalıdır.

Çində uyğurların kütləvi şəkildə repressiyaya məruz qalması halında, Çinin müsəlmanlara və etnik azlıqlara qarşı irqçiliyinə DST-nin və beynəlxalq birliyin rəyi mənəvi və diplomatik baxımdan düzgündür, çünki bu, yeni pandemiyaya qarşı mübarizə çərçivəsində də minlərlə uyğurun həyatını xilas edə bilər.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.