Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Salyanda seçicilərlə növbəti görüşə gedib.
Lakin, partiya sədrinin budəfəki görüşü heç də xoş olmayan sürprizlərlə zəngin olub. Görüş yerinə toplanmış kütlə F.Ağamalıya hücum çəkərək ondan rayonu tərk etməyi tələb ediblər. Toplaşanların F.Ağamalının rəqibi Kamil Musavinin tərəfdarları olduğu görünür. K.Musəvi də kütlənin içərisində olub.