Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının iclaslarında 10 ildir Suriya böhranı müzakirə edilsə də, nəticə əldə edilməyib.Axar.az xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu deyib.
“Türkiyə olaraq Suriyada siyasi həll prosesinin əldə olunacağına inanırıq. Ancaq Ankara bölgədə heç bir təxribata göz yummayacaq. Təhlükəsizliyimizi və türk əsgərlərini hədəf alan heç bir hücum cəzasız qalmayacaq. Müdafiə hüququmuzdan istifadə etməkdən heç vaxt çəkinməyəcəyik. Bu bir xəbərdarlıqdır!” - F.Sinirlioğlu bildirib