Türkiyə tank yeritdi, Rusiya qırıcıları bombaladı - ONLARLA İNSAN HƏLAK OLDU

7-02-2020, 13:56   



Türkiyə tank yeritdi, Rusiya qırıcıları bombaladı - ONLARLA İNSAN HƏLAK OLDU

Hurriyyet.org xəbər verir ki, Suriyada Bəşər Əsəd qüvvələrinin və Rusiya qırıcılarının İdlib Gərginliyi Azaltma Bölgəsindəki yaşayış məntəqələrinə hücumu zamanı 19 nəfər dinc sakin həlak olub.

“Anadolu Agentliyi”nin məlumatına görə, Əsəd qüvvələri İdlibin Teftenaz, Neyreb və Binneş rayonlarına, Hələbin  Ureim Kubra və Hayyan bölgələrinə havadan və qurudan hücum ediblər.

Müxaliflərə məxsus müşahidə evinin məlumatına görə, Rusiyaya məxsus qırıcı təyyarələr də İdlib şəhər mərkəzinə, Sermin, Kumeynas, Maret Nısan kəndlərinə, Hələbin Han el Asal, Maret Artik, Raşidin, Kefer Hamra, Babis, Kefer Naha, Humeyra, Kalaciyye, Hureytan və Anadan kəndlərinə bomba yağdırıblar.

Mülki Müdafiə (Bəyaz Beretlilər) əməkdaşları hadisə yerində xilasetmə işləri aparırlar.

Eyni zamanda Türkiyə Silahlı Qüvvələri İdlibdə Gərginlyi Azaltma Bölgəsinə hərbi qüvvə göndərməyə davam edir. Çox sayda tankdan ibarət TSQ hərbi karvanı İdlibin müxtəlif nöqtələrinə yerləşib.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.