Dünyaca məşhur baxıcı Vanqa 2020-ci ildə yerin asteroidlə toqquşacağını deyib.Axar.az xəbər verir ki, bu məlumatı bir vaxtlar baxıcının tanışı olmuş jurnalist Sergey Kostornoy yayıb.
Onun sözlərinə görə, Vanqa asteroidlə toqquşmanın bir gündə beş 2 rəqəmi olan tarixdə (22.02.2020 və 22.12.2020) baş verəcəyini bildirib.
“Planetar fəlakət baş verəcək – naməlum epidemiya və dağıdıcı nəticələrə səbəb olacaq naməlum kosmik obyektlə toqquşma. Əgər bəxtimiz gətirsə, o yanımızdan keçəcək, amma yenə də sunami, zəlzələlər olacaq. Vanqa dedi: qara kül Yeri və Günəşi örtəcək, çaylar məcrasından çıxacaq. Hətta o yandan ötüb keçsə belə, nəhəng ərazilər Yer üzündən silinəcək”, - jurnalist deyib.
Qeyd edək ki, “naməlum epidemiya” ilə Vanqanın koronavirusu nəzərdə tuta biləcəyi ehtimalı istisna edilməyib.