Deputatlığa namizəd, yalnız ölkəmizdə deyil, bütün dünyada kifayət qədər tanınan məşhur kardiocərrah Rəşad Mahmudov müharibə əlilləri və veteranları ilə görüşüb.
Cumhuriyyet.az xəbər verir ki, veteran və əlillərin böyük maraq göstərdiyi görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan qəhrəmanlarımız yad edilib, habelə ölkə başçısının şəhid ailələrinə, veteran və əlillərə olan qayğısından ürəkdolusu bəhs olunub.
Parlament seçkilərinə hazırlıq prosesinə damğa vuran bu görüş haqqında hörmətli namizəd sosial şəbəkədəki hesabında məmnunluqla söz açıb:
“Astara şəhərinin seçiciləri ilə görüşdən sonra aldığım xoş təəssüratları və müsbət enerjini YAP rayon təşkilatının iqamətgahında Veteranlar və Qarabağ Müharibəsi Əlilləri ilə bölüşdüm. Müharibə alovunu görmüş qəhrəmanlarımızın da ölkə rəhbərinə və lideri olduğu partiyanın namizədinə olan rəğbəti məni bir daha əmin etdi ki, seçkilərdə qələbəmiz labüddür…”
Seymur ƏLİYEV