Azərbaycanla sərhəddə üç erməni işğalçısı qar uçqununda öldü

8-02-2020, 09:50   
 


Ermənistanın üç hərbçisi Sünik vilayətində qar uçqunu altında qalaraq ölüb.Bu barədə “Sputnik Ermənistan” ölkənin Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər yayıb.

Bildirilir ki, axtarış zamanı müqavilə əsasında xidmət edən 28 yaşlı Karapet Nazaryan, 25 yaşlı Tiqran Arzumanyan və 24 yaşlı Nver Şahbazyan ölmüş vəziyyətdə tapılıblar. Hadisə zamanı hərbçilər Sünikin hərbi postlarından birində olublar. Daha bir hərbiçi – 21 yaşlı Hamlet Mirzoyan isə həyatını xilas edə bilib.

İnsidentlə bağlı istintaq aparılır.

Qeyd edək ki, Ermənistanın indi Sünik adlanan vilayəti qədim Azərbaycan torpaqları olan Göyçə mahalının ərazisində formalaşıb. Ehtimal edilir ki, qar uçqununa düşən hərbçilər ya Naxçıvanla sərhəddə, ya Kəlbəcər istiqamətində olublar.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.