Fevralın 9-u və 10-da müşahidə ediləcək soyuq, küləkli hava şəraiti bu il yanvarın 24-də müşahidə edilən küləkli, yağıntılı hava şəraitindən daha kəskin, soyuq və uzunmüddətli olacaq.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvarın 24-dən fərqli olaraq, bu dəfə hava şəraitinin dəyişməsi prosesi iki gün davam edəcək:
“Artıq fevralın 7-i axşamdan bu proses başlayıb. Fevralın 8-də gün ərzində bu davam edəcək. Amma bu prosesin ən kəskin dövrü fevralın 9-da və 10-da olacaq. Fevralın 9-da gün ərzində və 10-da hava daha da pisləşəcək. Buna görə də bu proses bir qədər davamiyyətli olacaq”.