Azərbaycanda ixtisas qrupları üzrə dəyişiklik baş tutub.
Demokrat.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliyə əsasən II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.
Nəticədə Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb.
Beləliklə, son dəyişiklikdən əsasında II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:
1. Coğrafiya müəllimliyi 2. Tarix və coğrafiya müəllimliyi 3. Beynəlxalq münasibətlər 4. Regionşünaslıq (regionlar üzrə) 5. Sosiologiya 6. Beynəlxalq ticarət və logistika 7. Biznesin idarə edilməsi 8. Davamlı inkişafın idarə edilməsi 9. Dövlət və bələdiyyə idarəetməsi 10. İqtisadiyyat 11. Maliyyə 12. Marketinq 13. Menecment 14. Mühasibat 15. Statistika 16. Coğrafiya 17. Hidrometeorologiya 18. İdman menecmenti və kommunikasiya 19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) 20. Turizm bələdçiliyi 21. Turizm işinin təşkili
III ixtisas qrupu üzrə Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ixtisasları ləğv edilib. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. Bu qrupa daxil edilən yeni ixtisasların siyahısında isə Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra III ixtisas qrupuna aşağıdakı 24 ixtisas daxildir:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) 3. İbtidai sinif müəllimliyi 4. Korreksiyaedici təlim 5. Məktəbəqədər təhsil 6. Tarix müəllimliyi 7. Təhsildə sosial-psixoloji xidmət 8. Xarici dil müəllimliyi (dillər üzrə) 9. Dinşünaslıq 10. Dövlət və ictimai münasibətlər 11. Fəlsəfə 12. Filologiya (dil və ədəbiyyat göstərilməklə) 13. Hüquqşünaslıq 14. İslamşünaslıq 15. Jurnalistika* 16. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1 17. Politologiya 18. Tarix 19. Tərcümə (dillər üzrə) 20. Bədii yaradıcılıq və ekran dramaturgiyası 21. Muzey, arxiv işi və abidələrin qorunması -1 22. Sənətşünaslıq (sahələr üzrə) 23. Sosial iş 24. İctimai təhlükəsizlik və idarəetmə
Müalicə işi, Tibbi profilaktika və Həkim yardımçısı ixtisasları siyahıdan çıxarılıb. Baytarlıq və Hərbi həkim işi ixtisasları müvafiq olaraq Baytarlıq təbabəti və Hərbi tibb adlandırılıb. IV ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Fizioterapiya və tibbi reabilitasiya, Tibb bacısı işi, İctimai səhiyyə, Tibb və Biotexnologiya ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra IV ixtisas qrupuna aşağıdakı 20 ixtisas daxildir:
1. Biologiya müəllimliyi 2. Kimya müəllimliyi 3. Kimya və biologiya müəllimliyi 4. Psixologiya 5. Biologiya 6. Ekologiya 7. Kimya 8. Bağçılıq və tərəvəzçilik 9. Baytarlıq təbabəti 10. Bitki mühafizəsi 11. Su bioehtiyatları və akvakultura 12. Bədən tərbiyəsi və idmanda reabilitasiya 13. Fizioterapiya və tibbi reabilitasiya 14. Əczaçılıq 15. Tibb bacısı işi 16. Hərbi tibb 17. İctimai səhiyyə 18. Stomatologiya 19. Tibb 20.Biotexnologiya