Elmira Axundovaya pul daşıyan şəxsin fotosu yayıldı-FOTO

8-02-2020, 15:33   


Elmira Axundovaya pul daşıyan şəxsin fotosu yayıldı

Hafiz İbrahimovu niyə çağırıb dindirməyiblər?
Buraxılmış parlamentin deputatı Elmira Axundovanın adı qarışan böyük dələduzluq işində fiqurantlardan daha birinin fotosu yayılıb. Bu şəxs hazırda həbsdə olan, Elmira Axunovanın evinin daimi sakinlərindən biri Elnur İbrahimovun yaxın qohumu Hafiz İbrahimovdur.
Facebook profilini inciləyərkən onun "oğru aləmi”ni təcəssüm edən, qarşısına pullar səpələyib fotolar çəkdirdiyinin şahidi olduq. Elnur İbrahimovla Elmira Axundovanın oğlu Həbib Axundov biznes adı ilə ən müxtəlif şəxslərdən pul yığdıqları günlərdə Hafiz İbrahimov günaşırı Elmira Axundovanın evinə pul daşıyıb.

 
 Onun Elnur İbrahimovun göstərişi ilə pulları deputatın evinə apardığını söyləməyə əsaslar var. Bu haqda istintaq materiallarında olduqca qiymətli, lakin məhkəmənin qiymət verməkdən yayındığı sübutlar var. Hafiz İbrahimovu çağırıb soruşan olmayıb ki, sənin deputata apardığın pullar hardandır, nə pullardır? İşsiz-gücsüz birinin varidatı 30 milyonu aşan deputata pul aparması nə ilə əlaqəli olub?


 
Dələduzluğa görə həbsə alınan Elnur İbrahimovun cinayət işinə əlavə edilən sənədlərdə onun Elmira Axundovaya günaşırı 5 min manat pul göndərməsini təsdiqləyən telefon yazışmalarının çıxarışı - sms-lərdən bu məqam aydın görünür. Elnur İbrahimovun Həbib Axundovla yazışdığı SMS-in məğzi belədir. Elnur İbrahimov Həbib Axundova yazır. Elnur İbrahimovun yazışmada uşaq adlandırdığı Hafiz İbrahimovdur: (Yazışmanın orijinal variantını saxlayırıq)
- Ushaq gelib qaqash ashaqdadi gonder kimse gedib gotursun pulu 5000 azn 1300 men sene bir azdan verecem, 19/01/2013, 20:04:57,
Həbib Axundovun cavabı: - Gorushdeyem danisha bilmirem, 19/01/2013, 20:05:17,
Elnur İbrahimov: - Af centrda ashaqda, 19/01/2013,20:06:04,
Həbib Axundov 2 ardıcıl sms yollayıb: - Kim Afcentrdadir debil, 19/01/2013, 20:06:13, Yiq mani da g...(nalayiq ifadə), 19/01/2013, 20:06:48,
Elnur İbrahimov: - Hafiz dunen gelen ushaq mamanin 5000 ni getirib. 

Nümayiş olunan bu sms əslində Elmira Axundovanın Elnur İbrahimovun suçlu olduğu iş üzrə əsas şəxs kimi nəzərdən keçirməyə də imkan verir. Ən azı Elmira Axundovanı çağırıb Elnur İbrahimovdan 5 min manatı hansı xidmətlərə görə aldığını sorğulamaq bu gün də aktuallığını qoruyub saxlayır. Bu həmin Elnur İbrahimovdur ki, dələduzluğa görə 9 illik cəzaya məhkum olunub. Ona Elmira Axundovanın adından oğlu Həbib Axundov əfvlə azadlığa çıxacağını vəd edib! Deyib ki, anası Elmira Axundova Əfv Komissiyasının üzvüdür, onu "yarım sroka” azad etdirəcək.
Məgər Əfv Komissiyası "zakazkantora”dır?
Elmira Axundova dələduzluğa görə həbsə alınan Elnur İbrahimovu hansı məziyyətinə və hansı əsasla azad etdirəcək? Eyni zamanda Elnur İbrahimovun Elmira Axundovaya, onun "AF Sentr” ticarət mərkəzinin yerləşdiyi binadakı mənzilinə günaşırı 5 min manat daşıması da sənədlərlə təsdiqini tapır. Rəsmi ittiham sənədlərinə görə, işdə söhbət 8 milyon manatdan getsə də, ortada ələ keçirilən məbləğin qat-qat artıq olduğunu söyləməyə əsas verən məlumatlar var.

Elmira Axundova deputat olana qədər "Moskviç-412”də gəzib. Bu gün isə milyonlarla dəyəri olan varidat sahibəsidir. Azı 30 milyonluq mal-mülki haqda məlumatlar ortalıqdadır. Cibində mandat gəzdirdiyi dövrdə sahibləndiyi mal-mülkün, milyonların mənbəyi haqda adının qarışdığı dələduzluq işindən savayı məlumat yoxdur...

criminal.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.