“Bu günümüzü qaraltdınız, heç olmasa sabahımızı qaraltmayın”
“Başqa ölkələri demirəm, heç bir gürcü müəllimi, həkimi hansısa məmur məcbur seçkiyə apartdırıb kiməsə səs verdirə bilməz. Çünki əvvəla, həmin müəllimin və həkimin özlərinə hörmətləri var, vəzifəsindən asılı olmayaraq kiminsə onunla əşya kimi davranmağını özlərinə sığışdırmazlar. Ən vacibi isə vəzifəli məmur buna cürət edə bilməz”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
“Gürcüləri göz önünə gətirin...”
“Etməyin, eləməyin. Özünüzə hörmət eləmirsiniz, heç olmasa dərs dediyiniz uşaqlarımıza - gələcəyimizə yazığınız gəlsin, onları öz davamçılarınız kimi yetişdirməyin. Bu günümüzü qaraltdınız, heç olmasa sabahımızı qaraltmayın. Kimsə sizə belə alçaldıcı təklif edəndə başqa millətləri demirəm, gürcüləri göz önünə gətirin..”-deyə iqtisadçı əlavə edib.
Şamo EMİN, Hurriyyet.org