23 saylı Nəsimi-Səbail DSK-nın 3 saylı məntəqəsində müşahidəçi Qiyasəddin İbrahimə hücum olduğu bildirilir. Qiyasəddin İbrahim seçicilərin şəxsiyyət vəsiqəsinə baxmaq istədiyinə görə digər namizədlərin müşahidəçiləri tərəfindən hücuma məruz qalıb. Bu barədə Qiyasəddin İbrahim və həmin məntəqədə olan müşahidəçilərin bir neçəsi "Facebook” səhifəsində məlumat yayıb.
Q.İbrahim narazılığını bildirib ki, ona seçicilərin siyahıda olub-olmamasını yoxlamağa imkan vermirlər. O, ATƏT-in müşahidəçilərinin yalnız məntəqə sədri ilə söhbət etdiyini qeyd edib. "Hərəkət” Seçki Blokunun namizədi Toğrul Vəliyev də bu dairədə pozuntuların olduğu barədə məlumat paylaşıb.
O bildirib ki, məntəqələrə polislərin tez-tez daxil olduğunu müşahidə edirlər. O cümlədən, "müşahidəçilər" onların müşahidəçilərinə mane olurlar. 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində 11 namizəd mübarizə aparır, onlardan 9 nəfəri bitərəfdir. Bu dairədən seçkilərə qatılan deputat Ziyad Səmədzadə əvvəlki seçkilərdə də qalib elan olunub.
criminal.az