105 saylı Tovuz seçki dairəsindən müstəqil namizəd Raul Məmmədov Meydan TV-yə bildirib ki, saat 10:37-dək bülletenlər seyfdə yox, polisin gecələdiyi otaqda olub: "34 saylı məntəqənin sədri Viktor Kərimov müşahidəyə mane olur. Müşahidəçilərimə işini görməyə imkan vermir”.
Raul Məmmədov bildirib ki, 6 və 7 saylı məntəqədə kimin hansı məntəqədə səs vermə hüququ olduğu bəlli deyil: "Seçicilərə məlumat verilməyib. Burda komissiya üzvləri 30-40 sm hündürdə əyləşiblər müşahidəçilər isə aşağıda. Müşahidə imkanları məhduddur”.