“14 saylı Xəzər seçki dairəsində artıq karusel işləməyə başlayıb. Şüvəlandakı məntəqələrə Polis akademiyasının kursantlarını, Zirə və Türkandakı məntəqələrə isə hərbi qulluqçuları mülki formada, 40-50 nəfərlik dəstələrlə gəzdirib səs verdirirlər. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokrat Partiyasının sədr müavini, sözügedən dairədə deputat seçkilərində mübarizə aparan Həsrət Rüstəmov öz sosial şəbəkə hesabında qeyd edib.
“Saxtalaşdırma siyasətinin mahiyyəti dəyişməyib”
“Bizim dairədən özünü buraxmış parlamentin üzvü namizəd deyildi deyə, kobud saxtalaşdırma olmayacağına ümid edirdik. Amma forma fərqli olsa da, saxtalaşdırma siyasətinin mahiyyəti dəyişməyib. Müşahidəçilərimiz əzmlə çalışır, saxtakarları ifşa edəcəyik”,-deyə Rüstəmov əlavə edib.
Şamo EMİN, Hurriyyet.org