“Yaxın günlərdə MSK-nın kəskin addımların şahidi ola bilərsiniz” - MSK-nın sədr müavini

10-02-2020, 20:36   



“Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətt”inə seçki ilə bağlı 280-ə yaxın müraciət daxil olub”...

 


Bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub:

“Bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. "Qaynar xətt"ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır”.

R.Qasımov bildirib ki, MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır:

“Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə addekvat, hətta kəskin addımların şahidi ola bilərsiniz”.

Sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılmalıdır:

“Bunlar öz təsdiqini tapdığı halda, əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlansa belə MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi”.

pia.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.