Gecə yarısı saxlanilanlar azad edilib. Amma ağır xəsarət alanlar var. Ərzulla Buludobv ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dıgərləri müayinə olunur.
* * *
2020 Fevral 12 (Çərşənbə) 00:40:48
Deputatlığa namizədlər MSK-nın qarşısında etiraz aksiyası keçirir YENİLƏNİB (YENİLƏNİB)Bakı vaxtı ilə saat 20 radələrində Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq aksiya keçirən deputatlığa namizədlərin və fəall
Bakı vaxtı ilə saat 20 radələrində Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq aksiya keçirən deputatlığa namizədlərin və fəalların aksıyası polis tərəfindən dağıdılıb.
Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, polis güc tərbiq edərək, aksiyada işrirak edənlərin hamısnı saxlayıb. Saxlanılanlar arasında jurnalistlər də var.
arın aksıyası polis tərəfindən dağıdılıb.
Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, polis güc tərbiq edərək, aksiyada işrirak edənlərin hamısnı saxlayıb. Saxlanılanlar arasında jurnalistlər də var.
* * *
2020 Fevral 11 (Çərşənbə axşamı) 22:09:56
Deputatlığa namizədlər MSK-nın qarşısında etiraz aksiyası keçirir (YENİLƏNİB) * * *
2020 Fevral 11 (Çərşənbə axşamı) 20:44:54
Deputatlığa namizədlər MSK-nın qarşısında etiraz aksiyası keçirirBakı/11.02.20/Turan: 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Rəbiyə Məmmədova fevralın 11-də MSK-nın binası qarşısında oturaq aksiya keçirir.
O, üzünü binaya tutub “Şeytan, karuselə görə cavab ver!”, “ Saxtakarlığa son!” şüarlarını səsləndirib.
O, jurnalistlərə bildirib ki, deputatlığa namziədlər seçkilərin yekunları ilə razı deyilsə, üç gün şikayət etmək və etiraz aksiyası keçirmək hüququ var.
R.Məmmədova deyib ki, MSK onun dairəsində nəticələri ləğv etməyincə etiraz edəcək. “Bu dairədə nəticələrin 30 ildir parlamentdə oturan bir adamın lehinə saxtalaşdırıldığına dair kifayət qədər sübutum var”, - o deyib.
Bir qədər sonra Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev də R.Məmmədovaya qoşulub.
Hazırda oturaq aksiya ərazisinə polis dəstələri gəlib, onlar etirazçıları uzaqlaşdırmağa çalışıblar, lakin sonra kənara çəkiliblər. MSK nümayəndəsi etirazçıların qarşısına çıxmayıb