Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.Publika.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Bildirilib ki, liderlər Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirə ediblər. Tərəflər aidiyyəti qurumların təmaslarının davam etdirilməsi məsələsində razılığa gəlib. Bundan başqa, Türkiyə və Rusiyanın Suriyadakı razılaşmaları tətbiq etməsinin əhəmiyyəti vurğulanıb.