Məlumata görə, ən böyük çəyirtkə işğalı Keniya, Efiopiya və Somalidə baş verib. Burada çəyirtkələrin sürətlə yayılmağa davam etdiyi və 13 milyon insanın təhlükə altında olduğu barədə xəbərdarlıq edilib. Mark Lovkok bildirib ki, çəyirtkə hücumuna qarşı təxirəsalınmaz tədbir görülməsə, Şərqi Afrika ölkələrinin fəlakətə məruz qalacaq və ciddi bir humanitar böhranla üzləşəcək. Bu problemin aradan qaldırılması, yəni çöl çəyirtkələri ilə mübarizə planın həyata keçirilməsi üçün 76 milyon dollar lazımdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib ki, bütün bölgə çəyirtkə istilasından təsirlənərsə və bir il ərzində vəziyyət nəzarət altına alınmasa, "çəyirtkə vəbası" yayıla bilər. Hər gün 150 kilometr məsafəni qət edə bilən və keçdikləri bölgədəki məhsullara ziyan vuran çəyirtkə qida təhlükəsizliyinə təhlükə yaradır.
Maraqlıdır, “çəyirtkə vəba”sı nədir? Bu xəstəlik insanların ölümünə səbəb ola bilərmi?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama professor Adil Qeybulla qeyd edib ki, vəbanın insanda olan forması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusi təhlükəli infeksiyalar qrupuna aid edilib: “Çəyirtkələrin yayılması kənd təsərrüfatı üçün zərərlidir. Digər tərəfdən, müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Vəba epidemiya və pandemiya meyilli bir infeksiya olduğu üçün xüsusi təhlükəli infeksiyalar qrupuna aiddir və bu infeksiya yayılanda ÜST bu işə qarışır. Yəqin ki, belə məsələ ortaya çıxıbsa, ÜST bununla məşğul olacaq. Müvafiq strukturlar həmin prosesin orada lokallaşdırıması , qarşısının alınması üçün müəyyən tədbirlər görəcək və həmin vəsait də əslində, belə proseslər üçün böyük vəsait deyil, çünki çəyirtkələrin yayacağı infeksiyanın aradan qaldırılmasına hesablanıb”.
Adil Qeybulla deyib ki, çəyirtkələrin yayıldığı ərazidə karantin elan olunmalıdır: “Karantin elan olunur ki, çəyirtkələrin yayılması əngəllənsin, əhali üzərində epidemioloji nəzarət həyata keçirilsin. Adətən, vəba içməli su hövzələrində yayılır. Onların yoxlanması da karantin tədbirlərinə aid edilir. Əgər belə bir həyəcan təbili çalınıbsa, yəqin ki, məsələ həllini tapacaq. “Çəyirtkə vəbası” ölümə gətirib çıxara bilər, çünki vəba qorxulu xəstəlik sayılır. Vəba vibrionlarının özlərinin də sabah mutasiyaya uğrayıb hansı formanı alacağına təminat yoxdur. Əgər belə bir təhlükə varsa, yaxşı olar ki, önləmləyici tədbirlər görülsün, profilaktikaya üstünlük verilməlidir”.
Səyad Həsənli
Cebhe.info