Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləyqan seçki dairəsindən qeydə alınmış namizədlər Razim Əmiraslanlı və Şirinov Hikmətin müraciətlərinə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin şəxslər müraciətində səsvermə günü məntəqələrdə seçki pozuntularının olduğunu qeyd edib. Ərizələrdə qeyd edilib ki, məntəqələrdə topa bülletenlər atılmış, seçicilərə bir neçə bülleten verilmiş, səsvermə nəticələrinə dair protokol məlumat lövhəsində asılmayıb.
MSK qərara alıb ki, 49 seçki məntəqəsindən 29-da seçkilərin nəticələri etibarsız hesab edilsin.
Qeyd edək ki, MSK sözügedən dairədən Çingiz Qənizadənin qalib olduğunu açıqlamışdı.
***
Çingiz Qənizadə ilə bağlı şikayəti keçmiş baş prokuror İxtiyar Şirinovun oğlu Hikmət Şirinov edib.
***
MSK sədri Məzahir Pənahov bildirib ki, sosial media bizim ən etibarlı köməkçimizdir: “Biz o məntəqələrlə ciddi işləməliyik. Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic halına gətirir. O məntəqələr cəzalanmağa layiqdir".
Günel Türksoy