Sumqayıt Dövlət Universitetində (SDU) “yığım mövsümü” başa çatmaqdadır.
Reportyor.info-nun verdiyi xəbərə görə, tələbələr sosial şəbəkələrdə semestr imtahanları ilə bağlı qeyri-rəsmi ödənişlərin ünvanna çatdığını yazırlar.
Onların sözlərinə görə, SDU rektoru Elxan Hüseynov 6 ilə yaxındır bu ali məktəbə rəhbərlik etsə də, əvvəlki dövrdən fərqlənmir.
Tələbələr semestr imtahanlarını və qayıblarını yenə də pulla həll etməli olurlar. İddialara görə, artıq yanvar-fevral aylarında dekanlar və metodistlər vasitəsi ilə semestr “haqları” ödənilib.
SDU keçmiş rektor Nadir Qəhrəmanovun vaxtında özünün durğunluq dövrünü yaşayırdı. Həmin vaxt təhsil ocağında problemlər bir-birini əvəz edirdi və tələbələrin tədris prosesinə marağı olduqca aşağı idi.
Belə bir vaxtda ölkə başçısının müvafiq sərəncamı ilə SDU-nun rektoru dəyişdi. Amma heç nə dəyişmədi. 2014-cü ilin martında Elxan Hüseynov SDU rektoru təyin edildi.
Sumqayıt Dövlət Universiteti yenə də köhnə problemlərin girdabında çabalayır. Universitetdə təhsilin, təlim-tərbiyənin səviyyəsi çox aşağıdır.
Kim imtahandan uğurla keçmək istəyirsə, dekanların vasitəsilə rektorluğu “görməlidir”. Elxan Hüseynovun komandası tələbələrlə isti münasibətlər qurublar.
Tələbələrin dediyinə görə, onları imtahandan kəsirlər, sonra da deyirlər ki, get mühasibata 300 manat ödə. Ödəyirsən və yaxş oxumuş tələb olursan.
Yeri gəlmişkən, bir müddət əvvəl SDU-da filologiya fakültəsinin I kurs tələbəsi Rumiyyə Qasımova imtahandan kəsilməsi və ondan pul tələb olunmasına etiraz olaraq intihar etmişdi. Bu faciəvi hadisə ictimai etiraza gətirib çıxarmışdı.
Rektorluq tələbənin intiharının təhsillə bağlı olmadığın açıqlasa da, gənc qızın auditoriya yoldaşları SDU rəhbərliyinə etirazlarını bildirmişdilər.
Eyni zamanda, rektor təyin olunandan dərhal sonra Elxan Hüseynovun dost-tanış və qohumlardan ibarət öz komandasını formalaşdırmağa başlaması ciddi narazılıq doğurdu. Çünki bu universitetin bir çox müəllimlərinin iş yerlərini itirməsinə səbəb oldu.
Amma E.Hüseynov işsiz qalan müəllimlərə görə narahat olmadı.Bundan başqa, ötən ilin sonunda SDU-da təsərrüfat işlərinin görülməsində ciddi maxinasiyalar aşkarlanıb.
2019 cu ilin may-sentyabr aylarında universitet tərəfindən elan olunmuş tenderlərə nəzər saldıqda özünü göstərir. Təxminən 1 milyon 650 min manat civarında dövlət vəsaitinə tender yolu ilə Sumqayıt Dövlət Universitetində nə kimi işlər görülüb?
Media araşdırmaları aydınlaşdırıb ki, universitet tərəfindən 23.09.1019 cu il tarıxdə cari təmir işlərinin satın alınması üzrə bu xərclər ayrılıb:
49000 azn, kommunal və komunikaslıya xidmətləri ilə bağlı digər xərclər üzrə 48900 azn, abadlıq işlərinin satın alınması üzrə 114000 azn, birinci tədris korpusunun əsas girişinin yenidən qurulması üzrə 83072 azn dəyərində dövlət sifarişini;
19.06 2019-cu il tarixdə elan olunmuş maşın və avadanlıqlar üzrə 219409.2 azn, sosial-məişət təyinatlı obyektlərin əsaslı təmiri üzrə 425726.78 azn, dəftərxana ləvazimatlarının alınması üzrə 102998.66 azn dəyərində dövlət sifarişini, 23.04 2019-cu ildə elan olunmuş sair xərclər üzrə 48440 azn, digər alışlar və xidmətlər üzrə 47772.3 azn və 15.03.
2019-cu ildə elan olunmuş idarənin xərcləri və mətbəə xərcləri üzrə 48545.2 və 47440 manat dövlət sifarişini tender yolu ilə “Retro Holding” MMC qazandığı məlum olur.
O da bəlli olub ki, “Retro Holding” MMC barədə Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında bir vergi ödəyicisi kimi heç bir məlumat verilmir.
Bəs vergi hesabatları ictimaiyyətə bəlli olmayan bir MMC-ni Sumqayıt Dövlət Universiteti necə qalib elan edib?
Satınalamalar haqqında qanunun tələbləri bu tenderlərin keçirilməsində nəzərə alınıbmı?
Alınıbsa tender komissiyasından xahiş edirik “Retro Holding” MMC nin fəaliyyət dairəsı barədə bizə də məlumat versinlər. Göründüyü kimi, E.Hüseynovun rəhbərliyi altında SDU-da nələr dolaşır…