Məktəbli formaları ilə bağlı yeni təkliflər hazırlanıb

17-02-2020, 16:43   

 


“Məktəbli formaları ilə bağlı təkliflərimizi hazırlayıb, Təhsil Nazirliyinə təqdim etmişik. İşçi qrupun yenidən iclası keçiriləcək və təkliflərimiz dəyərləndiriləcək”.

Bunu Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, məktəbli formaları ilə bağlı artıq nümunələr hazırdır.

“Nazirliyin saytında olan nümunələri hazırlasaq da, hələ verməmişik. Çünki ilk görüşdə 6 müəssisə çağrılmışdı və fikirlərimizi öyrəndilər. Sonradan qərara gəlindi ki, təkliflərimizi hazırlayıb göndərək və təkliflərə baxılsın. Bir həftə vaxt verilmişdi. Bütün müəssisələr təklifləri verdi, indi nazirliyin qərarını gözləyirik. Sonrakı görüşdə nümunələr istəniləcək. Yekunda ictimaiyyət və nazirlik hansı formanın olacağına qərar verəcək”.

E.Əzimov nümunələr arasında köhnə formaların da olduğunu qeyd edib. “Yeni formaya keçid tədricən olacaq. Çünki formanı təzə alan şəxslər var. İmkanı olmayan insanlar formaları uşaqlarına 2-3 il geyindirirlər”.    Azvision.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.