Adı büdcə mənimsənməsində hallanan rayon təhsil şöbəsinin rəhbəri Vidadi Dövlətov icra başçısının adından pul yığır
Ölkənin təhsil sistemındə baş verən özbaşınalıqlar artıq hər kəsə məlumdur. Xalqımızın gələcək taleyini sual altına atan bəzi təhsil ocaqları bu sahədə öz şəxsi biznes imperiyalarını qurublar. Azərbaycan gənci sağlam düşüncəli, elmi biliklərə yiyələnmək əvəzinə ilk gündən qədəm qoyduğu məktəbdə rüşvətlə rastlaşır. Bu gün məhz təhsildə bu problemlərin mövcudluğu ölkəmizin təhsil sistemini demək olar ki, dəfn edir.
Təhsil sistemində ciddi problemlər yaşanan bölgələrimizdən biri də Cəlilabad rayonudur. Sözü gedən Rayon Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətov özbaşınalıqları və müəllim əxlaqı ilə bir araya sığmayan şəxsi keyfiyyətləri təhsilin səviyyəsini son illər ərzində ən aşağı həddə endirib. Rayondakı mənbələrdən anaxeber.info-a daxil olan məlumatlara görə, Vidadi Dövlətov rayon təhsilini bərbad duruma salıb. Rayondakı mənbələrdən daxil olan məlumatda göstərilir ki, Cəlilabad RTŞ-nin müdiri Vidadi Dövlətov bütün orta məktəb direktorlarından külli miqdarda məbləğ tələb edir. Belə ki, ayın sonuna kimi kənd orta məktəbləri 1500, şəhər orta məktəb direktorları 2000 manat rayon təhsil şobəsinə ödəmək məcburiyyətindədirlər. Səbəbini soruşduqda Vidadi müəllimdən konkret cavab verilib "Mənlik deyil, yolun o üzündəkinin şərtidir". Deməli, Vidadi Dövlətovun dediyinə inansaq tələb olunan məbləğ Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun tələbidir. Məsələnin nə nədər maraqlı olduğu hər birimizə aydındır. Vidadi müəllimin dedikləri inanılmaz olsa da, bir faktı unutmaq olmaz ki, "yolun o üzü" dedikdə birbaşa icra hakimiyyəti nəzərdə tutulub. Başqa bir məlumatda bildirilir ki, artıq bu tələbə etiraz edən müəllimlər də olub.
Bu arada Cəlilabad təhsil şöbəsinin müdirinin ilginc pul silmə əməliyyatlarının üstü açılıb, onun direktorları təhdid etdiyi deyilir. Belə ki, Cəlilabad rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətovun dövlət büdcəsindən ayrılmış 645 min manatı mənimsədiyinə dair iddialar var. Belə ki, Vidadi Dövlətovun bu pulların böyük bir qismini təyinatı üzrə xərcləmədiyi deyilir. Həmin pulların 197006 manatının «Murad İnşaat» MMC vasitəsi ilə guya, əsaslı təmir işlərinə sərf olunduğu sənədləşdirilsə də, rayondakı orta məktəblərin acınacaqlı durumda olduğunu bilməyən yoxdur.
Bundan başqa, Dövlətovun bu pullardan 620 min manatına inventarların alınmasını həyata keçirdiyini də sənədləşdirib. «NAN» MMC tərəfindən həyata keçirildiyi vurğulanan proseslə bağlı isə ilginc məlumatlar var. Demokratiya.info-ya çatan məlumatlara görə, həmin inventarların çox cüzi bir hissəsi alınıb. Yerdə qalanını isə sənədləşdirmək üçün Cəlilabad təhsil şöbəsinin müdiri tabeçiliyində olan orta məktəblərin direktorlarının imkanlarından istifadə edib.
İddialara görə, Dövlətov məktəb direktorlarını başına yığaraq, onlardan guya, inventar aldıqlarını təsdiqləyən sənədlərə imza atmalarını və möhür vurmalarını istəyib. Bundan imtina edənləri isə işdən çıxaracağı ilə hədələyib.
Şöbə müdirinin qazanc olaraq əldə etdiyi bir digər vəsait isə digər maşın və avadanlıqların satın alınması ilə bağlıdır. Məlumatlarda qeyd olunur ki, "Orxan müəssisəsi" MMC ilə anlaşma əsasında bu zaman 234497 manat pul silinib.
Laboratoriya avadanlıqlarının satın alınması üçün "Bəyli-93" MMC şirkəti ilə anlaşan Dövlətovun bu əməliyyatdan 147539 manat mənfəət əldə etdiyi deyilir. Həmçinin təsərrüfat mallarının satın alınmasından 33700 manat, mətbəə xidmətlərinin satın alınmasından isə 34700 manat qazandığı vurğulanır.
Araşdırmalarımız davam edir... Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq