Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub."Report"un əldə etdiyi məlumata görə, onunla profilatik söhbət aparılaraq sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.
Məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a təsdiqləyib.
Xatırladaq kiI M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.