Zakir Fərəcov və müavinindən PA rəhbəri Samir Nuriyevə ŞİKAYƏT

22-02-2020, 10:00   


       
Zakir Fərəcov və müavinindən PA rəhbəri Samir Nuriyevə ŞİKAYƏT
Sumqayıtın abadlığı və quruculuğunda çalışmış və neçə ildir halal pullarını ala bilməyən iş adamları Prezident Adminstarsiyasının yeni rəhbəri cənab Samir Nuriyevə müraciət edib.

Müraciətdə deyilir:



" Cənab Nuriyev !

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, "Bəzi məmurlar məni aldadır. Köməkçilərim bəzi məlumatları məndən gizlədirlər..”.

Bəli, Cənab Nuriyev, biz hüququ tapdalanan iş adamları neçə ildir səsimizi cənab Prezidentə çatdıra bilmirik. Çünki Prezidentimizin dediyi kimi PA-da əyləşən, Zakir Fərəcov, Fəzail Hüseynov kimi məmurlara "sahiblik” edən və cənab Prezidentə yalan danışan, düzgün məlumatları ölkə başçısından gizlədənlər buna imkan verməyib.

Nəhayət, cənab Prezident islahatlara mane olan, "köhnə baqajlı” məmurların əvəzinə PA müasir dünyagörüşlü gəncləri cəlb etdi. Və biz ümid edirik ki, nəhayət bizim səsimiz və xahişimiz cənab İlham Əliyevə yetişəcək.



Cənab Nuriyev !

Biz iş adamları Sumqayıtın abadlığı və quruculuğunda, Yeni Bulvarın salınmasında fəal iştirak etmişik. Bu möhtəşəm işlərin görülməsi prosesində dəfələrlə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla və müavini Fəzail Hüseynovla görüşmüşük, söhbətlər etmişik.

İlk gündən Zakir Fərəcovdan xahiş etmişik ki, bütün işlər qanuna uyğun, sənədlər və müqavilələr əsasında olsun. Ancaq Zakir müəllim bizim bu qanuni tələbimizi ironiya ilə qarşılayıb və bizə ağıllı olun deyib: "ŞƏHƏRİN SAHİBİ MƏNƏM, MÜQAVİLƏ-ZAD NƏDİR ? Biz qardaşıq, mənə inamırsınız? Məndən ehtiyat edirsiniz? İşinizi görün, pulunuzu alın. Sizi pis vəziyyətdə qoymaram, narahat olmayın”.



Gördüyümüz işləri hər gün başçının müavini Fəzail Hüseynovla koordinasiya edirdik və ona müqavilələr barədə deyəndə o da eynilə başçınının dediyi sözləri deyirdi və əlavə edirdi ki, narahat olmayın, Zakir müəllimin arxasında "qoca kardinal” durur, hər şey yaxşı olacaq, Bulvarı təhvil verək pullarınızı alacaqsınız.



Cənab Nuriyev !

Yeni möhtəşəm bulvar da, digər möhtəşəm işlər də uğurıa təhvil verildi, hətta möhtərəm Prezidentimiz açılışda iştirak edib çox məmnun qaldı. Bulvar təhvil verildi, ancaq bizim pullarımız verilmədi, Zakir Fərəcov medal aldı, biz pullarımızı ala bilmədik, Zakir Fərəcov MEDAL aldı, məmnun oldu, biz isə MƏYUS qaldıq.

Çünki Zakir Fərəcov bizim pullarımızı vermədi. Uzun şikayətlərdən sonra Zakir Fərəcov bizim pullarımızın verilməsini öz müavini Fəzail Hüseynova həvalə etdi.

Fəzail Hüseynov isə "Kişinin indi pulu yoxdur, gələn ay verəcək deyə-deyə, 3 ildir bizi aldadır.

Cənab Nuriyev !

Biz yüzlərlə fəhlənin, gördüyümüz işlərin, nisyə aldığımız materialların dəyəri olan milyonları verə bilmirik. Neçə iş adamı bu məsələyə görə müflis olub, həbs olunanlar var.

Artıq bu məsələ ilə bağlı yazılanlar medianın gündəmindən düşmür. Fəzail Hüseynov isə iş adamlarına zəng edərək hədə-qorxu gəlir ki, mətbuata məlumat verməyin.

Cənab Nuriyev!

Ümidimiz Sizədir.Ümid edirik ki, "qoca qvardiya”dan fərqli olaraq Siz gənc nəslin nümayəndəsi kimi bizim səsimizi hörmətli Prezidentimizə çatdıracaqsınız.



P.S. Növbəti yazıda şikayətlərdə adı keçən və həmin dönəmdə Zakir Fərəcovun 1-ci müavini olan Faiq Kərimovun fikirlərini dərc edəcəyik.
/korrupsiya.org/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.