Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı

22-02-2020, 13:12   


Çinin materik hissəsində olduğu kimi, dünyada da koronavirusun yeni növünə yoluxanların və bu virusdan ölənlərin sayı artır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, fevralın 22-də səhər saatlarına olan məlumata görə, yoluxma halları son sutka ərzində 228 vahid artaraq 1 479 nəfəri əhatə edib.

Çin mediasının yazdığına görə, koronavirus qurbanlarının sayı da 4 nəfər artaraq 15 nəfərə çatıb. Ayrı-ayrı ölkələr üzrə İranda 4, Yaponiyada 3, Honkonq və Cənubi Koreyada 2, Fransa, İtaliya, Tayvan və Filippində 1 ölüm faktı qeydə alınıb.

Ən çox yoluxma (700-dən çox) Yaponiyada qeydə alnıb ki, bunların da 600-dən çoxu Yokohamada karantinə salınan “Diamond Princess” ekipajının sərnişinləri və ekipaj üzvlərinin payına düşür.

Cənubi Koreyada 142 yeni yoluxma hadisəsi aşkar edilib, xəstələrin ümumi sayı 346 nəfərə çatıb.

Sinqapurda 86, Honkonqda 69, Taylandda 35, Tayvanda 26, Malayziyada 22, İranda 18, Avstraliyada 17, Almaniya, Vyetnam və ABŞ-da 16, Fransada 12, Makaoda 10 xəstə var. Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada, Filippin, Hindistan, İtaliya, İran, Rusiya, İspaniya, Belçika, Kamboca, Misir, Finlandiya, Nepal, Şri-Lanka və İsveçin hər birində 10-dan az yoluxma hadisəsinin baş verdiyi bildirilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.