İrandan son xəbər şok etdi: 50 ölü...

24-02-2020, 14:22   

 


   
12:40
İranda koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin rəsmi nümayəndəsi Əsədulla Abbasi deyib. O, koronavirusdan ölənlərin sayının 12-yə çatdığını bildirib.
Qeyd edək ki, İranda bundan öncə koronavirusdan ölənlərin sayının 8-ə çatdığı bildirilmişdi. Ölüm halları Qum, Mərkəzi və Mazandaranda qeydə alınmışdı.
Qeyri-rəsmi məlumatda isə koronovirusdan ölənlərin sayının 18 olduğu bildirilir.
***
İranda koronavirusdan ölənlərin sayı 50-yə çatıb.
Bunu İran parlamentinin Qumdan olan deputatı Əhməd Əmirabadi deyib.
Onun sözlərinə görə, son iki həftə ərzində Qumda koronavirusdan 50 nəfər ölüb.
Millət vəkili Qumda koronavirusla mübarizənin nəticəsiz olduğunu bildirib:
“Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələrlə maraqlanan tibb işçilərinin xəstəlikdən qorunmaq üçün geyinməyə özəl geyimləri yoxdur. Onlar xəstələrə qorxaraq yaxınlaşır. Apteklərin bəzilərində maska belə yoxdur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.