QUMDA KORONAVİRUS PANİKASI:epidemiyanın başladığı şəhər və paytaxt karantinə bağlana bilər

24-02-2020, 14:28   

Strateq.az, 23.02. 2020

 

İranın Səhiyyə Nazirliyi Koronavirusa yoluxanların – 48, xəstəlikdən ölənlərin sayının isə 12 nəfər olduğu barədə açıqlama yayıb. Lakin elə bu gün virusun baş alıb getdiyi Qum şəhərini təmsil edən millət vəkili Əhməd Əmirabadi Fərahani “ILNA”-ya açıqlamasında “Corona” nəticəsində 50 nəfərin öldüyü barədə məlumat verib.

Bəyanat verdikdən az sonra Əmirabadinin halı pisləşib və onun özü parlamentdən təcili xəstəxanaya çatdırılıb. “ISNA”-nın məlumatına görə, xəstəxanada onun Koronavurusa yoluxduğu müəyyən olunub.

Bundan sonra daha 2 millət vəkilində yüksək hərarət müşahidə edildiyindən onlar da xəstəxanaya çatdırılıb.

Məclisdə danışarkən Əmirabadi deyib: “Qum şəhəri “Corona” virusunun yayılması baxımından yaxşı vəziyyətdə deyil və məncə, hökumətin virusa nəzarət etməkdəki səyləri uğursuz olub. Hökumətin Koronavirusla mübarizədəki fəaliyyəti ümumən sıfırdır. Hazırda xəstəxanaların çoxunda lazımi karantin şəraiti yoxdur və xəstələri qorxu içində müalicə edirlər. Vacib müalicə preparatları çatışmazlığı var”.

Əmirabadi Fərahani əlavə edib: “Təəssüf ki, hökumətin kifayət qədər narahat olmadığını və böhrana laqeydliyini müşahidə edirik. Düzdür, belə şəraitdə təmkinli olmalıyıq, ancaq heç bir şey olmamış kimi böhranı izləyə bilmərik”.

Hər gün Qumda virusdan 10 nəfərin öldüyünü deyən millət vəkili dünən gecə artıq Koronavirus infeksiyası səbəbindən təxminən 50 nəfərin dünyasını dəyişdiyini söyləyib. O, səhiyyə nazirini müqəssir sayıb: “Təəssüf ki, Qumda xəstəlik barədə məlumat üç həftə keçdikdən sonra açıqlanıb”.

“Bəzi apteklərdə hətta maska belə yoxdur”, – deyən millət vəkili iddia edib: “Qapalı yığıncaqda səhiyyə nazirindən Qumda ümumi karantin elan edilməsini istədim. Hətta xalqla niyə yalan danışmağı barədə onunla mübahisə etdim”.

Bu arada, “Arman-e Melli” qəzeti Qum və Tehran şəhərlərini ümumi karantinə bağlanması barədə qərarın səhiyyə nazirinin masası üstündə olduğunu bildirib.

Səhiyyə nazirinin müavini İrəc Hərirçi belə bir seçənəyin olmadını dilə gətirib. Onun fikrincə, şəhərlərin karantinə alınması epidemiya ilə mübarizədə düzgün yanaşma deyil.

Hərirçi Qumda Koronavirusdan 51 nəfərin (şayiələrdə bu rəqəm vurğulanıb) öldüyü barədə xəbəri təkzib edib: “Qumdakı ölənlərin sayı bu rəqəmin yarısı və ya dörddə biri qədər olsa, istefa verəcəyəm”.

Onun sözlərinə görə, müsbət test saylı insanların sayı hazırda 59-61 nəfər civarındadır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.