Gender problemləri ilə məşğul olan bir sıra QHT rəhbərləri parlament seçkiləri zamanı seçki məntəqəsində müşahidəçi Jalə Bayramovaya qarşı zorakılıq aktı ilə bağlı prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.BMT-nin “Qadınlara qarşı bütün ayrı-seçkilik formalarının aradan qaldırılması haqqında” Konvensiyası çərçivəsində Azərbaycanın öhdəliklərini xatırladan müəlliflər cəmiyyətdə qadınlara qarşı ayrı-seçkilik faktları olduğunu qeyd edirlər.
Xüsusən, fevralın 9-da 76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində seçki komissiyasının məşvərətçi səs hüququna malik üzvü, BDU-nun hüquq fakultəsinin 4-cü kurs tələbəsi
Jalə Bayramovanın vəhşicəsinə döyülməsi faktı qeyd edilir.
Bayramovanın
Azadə Kərimova adlı qadın tərəfindən amansız döyülməsinin videokadrları sosial şəbəkələrdə geniş şəkildə yayılıb və çoxsaylı müraciətlərə və şikayətlərə baxmayaraq, heç bir tədbir görülməyib. Bundan başqa, MSK sədri Məzahir Pənahov hadisədə Bayramovanın özünü ittiham edərək, onun səsvermə zamanı pozuntuları videoya çəkmək hüququna malik olmadığını bildirib.
Müraciət müəllifləri prezidentdən və birinci vitse-prezidentdən zorakılıq aktının obyektiv şəkildə araşdırılmasını təmin etməyi və bu cinayətin təşkilatçılarını və ifaçılarını cəzalandırmağı xahiş edirlər.
Müraciəti
Novella Cəfəroğlu, Mehriban Zeynalova, Zəliha Tahirova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Ruhəngiz Hüseynova, Sevil Allahverdiyeva, Şəhla İsmayıl,
Nabat Qəniyevə və
Firuzə Əsədullayeva imzalayıblar.
Müraciətin mətni: