İrandan gələn Quba və Xaçmaz sakinləri yüksək hərarətlə xüsusi xəstəxanaya yerləşdirildi - DAHA 2 NƏFƏRDƏ COVİD-19 ŞÜBHƏSİ

25-02-2020, 09:07   


İrandan gələn daha 2 nəfər karantinə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, onlar 1981-ci il təvəllüdlü Quba rayon sakini və 1983-cü il təvəllüdlü Xaçmaz rayon sakinidir. Hər iki şəxs Astara Rayon Mərkəzi Xəstəxanasında muayinə olunub. Onlarda bədən temperaturu normadan bir qədər yüksək olduğundan əlavə müayinə olunması üçün Bakıdakı xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriblər.

Hər iki şəxs İranda xəstəliyin qeydə alındığı ərazilərə getməyib, eləcə də xəstə insanlarla ünsiyyətdə olmayıblar. "Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir qədər yüksək olub. Bu səbəbdən də onlar həkim müşahidəsi üçün xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriliblər. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir". Qeyd edək ki, bu gün İrandan gələn daha 2 nəfər Klinik Tibbi Mərkəzin Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyi vətəndaşlardan qeyd edilən məsələlərə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməmələrini xahiş edir.

*   *   *16:28

Fevralın 24-də İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bunu virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

Həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır. Məsələ ilə bağlı nazirlik İcbari Tibbi Sığorta Agentliyi ilə məlumat yayıb. Bildirilib ki, həmin şəxslərin virusa yoluxan insanlarla heç bir təmasları olmayıb. Onlar həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.