Onların iddialarına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara vediyi torpağn çıxarışın olduğuna baxmayaraq A. Əliyev fərdi evlərin tikintisi üçün küllü miqdarda rüşvət tələb edir. Əkin torpağları üçün nəzərdə tutulan ərazidə fərdi ev tikdirmək istəyən şəxs mütləq Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyevə inşa etdirdiyi evin ölçüsündə haqq verməlidir.
Yəni, bir mərtəbəli evlər 3000-4000 (min), iki mərtəbəli evlər üçün isə 7000-10000(min) aralığında “hörmət” olunmalıdır. Vətəndaş tələb olunan məbləği ödəmədiyi halda həmən vətəndaşa ümumiyyətlə ərazidə görsənməməyi tövsiyə edilir. Bir sözlə, Akif Əliyevin qoçuları zor tədbiq edərək vətəndaşa xəsarət yetirir. Şikayət edən vətəndaşa isə bildirilıir ki, “ürəyin hara istəyir get şikayət et”. “Əməkdar Memar” Akif Əliyevin əməlləri tək bununla bitmir.
Memarlıqdan mənbəmizə verilən məlumata görə, A. Əliyev son günlər baş verən hadisələrdən sonra qeybə çəkilib. Vətəndaşlarla elə görüş zamanı elə bir obraz nümayiş etdirir ki, sanki rüşvət ona deyil, birbaşa icra başçısına verilir. Əslində, tələb olunan rüşvət birbaşa Abşeron RİH başçısı İradə Gülməmmədova dolayısı yolla ötürülür. DTX-nın Neftçala rayonunda keçirtdiyi yüksək səviyyəli əməliyat kifayət edir ki, yuxarıda qeyd etdiyimiz faktlar sübüta yetirilsin.
Əldə etdiyimiz son məlumatlara görə, rayon şefi İ. Gülməmmədova rayonda bütün idarə və müəssisə rəhbərlərinə ehtiyatlı davranmağı və kabinetlərində təmizlik işlərinin aparılmasına göstəriş verib. Ölkə başçısının etimadını daha da yüksək qazanmaq əvəzinə, vətəndaşları prezidentə qarşı çıxartmaq sözün həqiqi mənasında xainlikdir. A. Əliyevə gəlincə, bu şəxs haqqında Abşeron rayon sakinləri heç də yaxşı fikirdə deyil. Neftçala əməliyyatının Abşeron rayonunda tezliklə həyata keçiriləcəyi günü səbibsizliklə gözləyənlər bildirirər ki, prezidentin ətrafında toplaşan xainlər dərhal cəzalanmalıdır. Araşdırmalarımız davam edir.
Bizi izləməyi unutmayın…
DOSYE.ORG