Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl jurnalistlərlə görüşündə Rusiya ilə İdlib danışıqlarından bəhs edərkən deyib: “Rusiya ən üstün səviyyədə rejim qüvvələrini dəstəkləyir. Nə qədər inkar eləsə də, bununla bağlı dəlillər əlimizdədir. Biz bu mübarizənin içərisində olmağa məcbur yox, məhkumuq”.
Ərdoğanın çıxışından bəzi məqamları diqqtinizə çatdırırıq:
“Ölkəmizin Azərbaycandakı sərmayəsi 11 milyard dollara yaxındır. Bu ilin sonuna qədər investisiyaların həcmini 20 milyard dollara çatdırmaq niyyətindəyik”.
“Hazırda məlumdur ki, Türkiyə ilə Rusiya arasında İdlib və Livanda baş verən proseslər mövcuddur. Liviya ilə də bağlı Rusiya ilə danışıq aparırıq. Həftər adlanan qeyri-qanuni bir şəxs var. Təəssüf ki, Rusiyanın da orada “Vaqner” adlanan 2500 nəfərlik qüvvələri var. Maddi mənbəyinin Əbu-Dabi olduğunu bilirik. Həftəri başqaları da dəstəkləyir.
Suriyada Rusiya ən üstün səviyyədə rejim qüvvələrini dəstəkləyir. Nə qədər inkar eləsə də, bununla bağlı dəlillər əlimizdədir. Biz bu mübarizənin içərisində olmağa məcbur yox, məhkumuq. Bu təcavüzləri nə ilə izah edəcəyik? Hazırda 3 milyona yaxın insan sərhədlərimizə doğru axışırsa, əli-qolu bağlı durmalıyıqmı? Hazırda ölkəmizdə 3,5-4 milyon suriyalı var. Bunları Putinə də dedim”.
“Sabah heyət gələcək. Makron, Merkel və Putin arasında tam ittifaqdan söhbət gedə bilməz. Cənab Putin ilə müyyənləşdirmişik, ən geci 5 mart tarixində görüşməliyik. Telefon danışığından irəli gedib, üz-üzə görüşməliyik”.
Hurriyyet.org