Ötən həftələrdə koronavirusun müalicəsini tapan şəxsə 860 min TL mükafat verəcəyini açıqlayan əfsanəvi aktyor Ceki Çanın koronavirus səbəbiylə karantinə alındığı iddia edilib.Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı kino ulduzunda koronavirusun tapıldığı deyilir.
Xatırladaq ki, aktyor bu yaxınlarda verdiyi açıqlamada xəstəliyin müalicəsini tapan şəxsi mükafatlandırmaq istəyinin səbəbini belə əsaslandırmışdı:
“Bu, pulla əlaqəli deyil. Əvvəllər dolu olan küçələri boş görmək istəmirəm. Vətəndaşlar həyatdan zövq almalı olduğu halda onları kritik vəziyyətdə görmək istəmirəm”.